Mojo.az Banner
20:08 "40 qəpik xidmət haqqı tutulması düzgün deyil" - İqtisadçı  |     20:00 Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı  |     19:54 Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)  |     19:49 Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? - Professordan xəbərdarlıq  |     19:41 Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi  |     19:36 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı  |     19:29 Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü  |     19:22 "Ermənistan Rusiya əleyhinə mövqeyə çəkilir" - XİN  |     19:17 Azərbaycanda növbəti üç gündə yağış yağacaq - XƏBƏRDARLIQ  |     19:08 Azərbaycanda boşanmalar niyə rekord həddə çatıb? – Psixoloqdan cəmiyyətə ciddi XƏBƏRDARLIQ  |     19:03 Bakının mərkəzində dəvəni dirəyə bağladılar - Video  |     18:56 Balakən kanat yolunun inşasına başlanıldı - Video  |     18:55 Azərbaycanda maaşlar yenidən artırıla bilər – Deputatdan açıqlama  |     18:52 Arıqlamaq istəyərkən zəhərlənməyin: Sirkəli su nə qədər təhlükəlidir?  |     18:51 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     18:42 ABŞ məhkəməsi Epşteynin intihar məktubunu paylaşdı  |     18:37 Azərbaycanda dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar artıb - Video  |     18:30 Gürcüstanda yanacaq bahalaşdı  |     18:22 Meteor yağışı müşahidə olunacaq  |     18:06 Mingəçevirdə Osmanbəyli Ticarət Mərkəzindən oğurluq  |    
Left Banner
Right Banner

Bakıda kafedə kişini boğub öldürdülər - Qabları yumadığına görə

25.05.2019 13:52 5 377
Bakıda kafedə kişini boğub öldürdülər - Qabları yumadığına görə
Bakının Binəqədi rayonunda növbəti qətl hadisəsi törədilib. Cinayət qurbanı 47 yaşlı kişidir.

Bu haqda oxu.az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 24-ə keçən gecə törədilib. Təxminən 08:00 radələrində Koroğlu Rəhimov küçəsində fəaliyyət göstərən kafenin icarədarı Naxçıvanın Şərur rayon sakini Sadıqov Zahid Yaqub oğlunun meyiti tapılıb.

Patoloqoanatomlar qurbanın baş nahiyəsində şüşə əşya ilə endirilmiş zərbələr nəticəsində meydana gələn kəsici yaralar, boyun nayihəsində isə əllə boğma nəticəsində meydana gələn stranqulasiya şırımı aşkarlayıb.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində rayonun 5-ci polis bölməsinin əməkdaşları kafenin başqa işçisi, 21 yaşlı Laçın rayon sakini Hüseynov Əmrah Xəyal oğlunu saxlayıb.

İlkin dindirilmə zaman A.Hüseynov deyib ki, onunla Z.Sadıqov arasında kimin qabları yumalı olduğu ilə bağlı mübahisə düşüb. Heç bir tərəf güzəştə getməyib və tezliklə mübahisə davaya çevrilərək, faciəvi şəkildə başa çatıb. Ə.Hüseynov K.Saqıqovu boğaraq öldürüb.

Fakt üzrə cinayət işi açılıb, istintaq Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır.

Qeyd edək ki, mayın 24-nə keçən gecə həmin rayonda başqa bir qətl hadisəsi də qeydə alınıb. 59 yaşlı Xələfov Şamil Şəristan oğlu qaldığı evdə yatan vəziyyətdə qətlə yetirilib.
скачать dle 11.3
Mojo.az Banner