Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - Video

09.05.2026 21:58 780
Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - Video
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir.

Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar.

Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında və media haqqında qanunlara dəyişikliyi təsdiqləyib.

Baku TV-nin mövzu ilə əlaqədar paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar qanuna edilən dəyişikliyi müsbət qarşılayıblar. "İmkan verilməməlidir ki, kiminsə icazəsi olmadan şəkilləri haradasa paylaşılsın", "Dostlarımın şəkillərini paylaşıblar, başqasının adı ilə yazıb, pullarını da alıblar", - deyə sakinlər bildiriblər. İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssisi Asim Namazov isə məsələyə belə münasibət bildirib:

"Son dövrlərdə süni intellekt vasitəsilə insanların görüntüsündən və səsindən istifadə edərək saxta videoların hazırlanaraq yayılması çox artıb. Bu cür hallar insanların nüfuzuna və imicinə ciddi zərər vura bilər. Bəzən bir saxta video, yaxud şəkil insanın iş həyatına, ailə münasibətlərinə, hətta şəxsi həyatına mənfi təsir göstərə bilər. Bu kimi videoların geniş auditoriyaya sürətlə çatması insanların psixoloji təzyiqə məruz qalmasına və cəmiyyət tərəfindən yanlış anlaşılmasına gətirib çıxarır".скачать dle 11.3
Mojo.az Banner