Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Hüquqşünas: Eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər maaş almalıdırlar - Video

09.05.2026 22:57 720
Hüquqşünas: Eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər maaş almalıdırlar - Video
Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Baku TV-nin məlumatına görə, hüquqşünas Sahib Məmmədov deyib ki, qanunvericilikdə eyni vəzifəni yerinə yetirməyə görə bərabər əməkhaqqının verilməsi tələbi indiyədək də mövcud olub.

Bəs o zaman dəyişiklik nəyi özündə ehtiva edir?

S.Məmmədov bildirib ki, 1999-cu ildən qəbul olunmuş Əmək Məcəlləsinə, həmçinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlərə əsasən, əməkhaqqının ödənilməsində cinsə görə fərq qoyulması qadağandır:

"Yəni eyni işi eyni səviyyədə yerinə yetirən və eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər əməkhaqqı almalıdırlar. Hazırkı dəyişiklik isə bu tələbin Əmək Məcəlləsində bir daha açıq şəkildə qeyd olunmasıdır. Çünki bəzi beynəlxalq reytinqlərdə bu müddəanın ayrıca göstərilməməsi çatışmazlıq kimi qiymətləndirilir".

Qeyd edək ki, dəyişikliyə əsasən, işin bərabər dəyərli olması əmək şəraiti və funksiyasının xarakteri, qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulan xüsusiyyətlər nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir.скачать dle 11.3
Mojo.az Banner