Gələcəyin uçan taksisi belə olacaq – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Gələcəyin uçan taksisi belə olacaq – VİDEO

Uçan taksilər dünyanın müxtəlif iri şəhərlərində 2025-ci ilə kimi istismara veriləcək.

Bu haqda “Lilium” uçan aparatını istehsal edən şirkətin rəsmi nümayəndəsi Oliver Volker-Cons “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.


“2025-ci ildə dünyanın bir neçə şəhərində istismara start verməyi planlaşdırırıq. Habelə bəzi yaşayış məntəqələrində xidmət daha erkən işə salınacaq. Müxtəlif şəhər hökumətləri bizim layihəyə böyük maraq göstərir. Hələ ki, uçan taksi xidmətlərini harada göstərəcəyimizi müəyyənləşdirməmişik”, -deyə rəsmi nümayəndə bildirib.

O həmçinin bildirib ki, aerotaksi analoji məsafələrə sərnişindaşıma üzrə digər nəqliyyat vasitələrinə qiymətdə rəqabət yarada biləcək.

Bundan əvvəl Münhenin “Lilium” startap şirkəti uçan taksinin prototipinin uğurlu sınaqlarını gerçəkləşdirib. Aparat 36 elektrik reaktiv mühərriklə təchiz olunub. Bu uçan aparatın şaquli şəkildə qalxıb enməsinə imkan verir.

Beş oturacaqlı aerotaksinin sükanı, quyruq hissəsi və propellerləri yoxdur. “Lilium” 300 kilometrə qədər sürət yığa bilir, bir uçuşa maksimum 300 kilometr məsafəni qət edə bilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 460 22.05.19 11:53