Madonna "Eurovision"un finalında çıxış edəcək » Median.Az News Agency


Madonna "Eurovision"un finalında çıxış edəcək
Madonna mayın 18-də Təl Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin finalında çıxış edəcək.

Median.Az
report-a istinadən xəbər verir ki, bu barədə Kan İctimai Yayım Şirkəti məlumat yayıb.

Bununla bağlı dünya şöhrətli müğənni ilə müsabiqənin təşkilatçısı olan yayım şirkəti arasında müqavilə imzalanıb.

“Yedioth Ahronoth”un məlumatına görə, Madonnanın finaldakı konsertinin 1,3 milyon dollar məbləğindəki xərclərini israilli-kanadalı milyarder Silvan Adams ödəyəcək.

Müğənninin "Eurovision"un finalında üç mahnı ifa edəcəyi gözlənilir.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 034 16.05.19 20:55