Gürcüstanın Borjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, dağ yamacında yanğının söndürülməsinə Sərhəd Polisinin helikopteri cəlb olunub.
Relyefin çətinliyindən texnikanın yanğın ocağına yaxınlaşması çətinləşib. Yanğının aradan qaldırılmasına Tbilisi, Borjomi, Axaltsixe və digər bölgələrdən 150-yə yaxın yanğınsöndürən cəlb olunub.