Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

Nicat Şıxəlizadə: "Əsas odur ki, medalsız qalmadım"

10.05.2019 20:53 2 733
Nicat Şıxəlizadə:
"Final görüşündə qələbə qazanmaq barədə düşünürdüm. Bu idmançını 2-3 dəfə məğlub etmişəm. İndi də qalib olmaq istəyirdim. Yarış da vətənimdə keçirilir. Sadəcə olaraq, cüzi səhvə görə uduzdum. Buna üzülürəm. Əsas odur ki, finala yüksəldim və medalsız qalmadım".

Median.Az
report-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə söyləyib.

66 kq çəki dərəcəsində yarışan idmançı bildirib ki, qarşıdakı əsas hədəfi II Avropa Oyunlarında uğur qazanmaqdır. 30 yaşlı cüdoçu Belarusun paytaxtı Minskdəki yarışda ölkəni layiqincə təmsil etmək istədiyini deyib.

Şıxəlizadə komanda yoldaşlarının bu gün medal qazana bilməməsinə də toxunub: "Bu gün çıxış edən bəzi idmançılardan da medal gözləyirdik. Bunların əksəriyyəti gəncdir. Bu da böyük bir yarışdır. Özlərini sınamalı idilər. Ümid edirəm ki, qarşıdakı yarışlarda yaxşı çıxış edərlər. Turnir "Tokio-2020"yə lisenziya reytinq xalları verir. Qarşıdakı yarışlarda da xal yığıb, olimpiadada iştirak etmək istəyirəm".скачать dle 11.3
Mojo.az Banner