Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov

16.05.2026 22:43 525
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 32-ci turunda "İmişli"yə qalib gəldikləri matçdan (3:0) sonra oyun barədə fikirlərini bölüşüb.

Median.Az "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi komandasında motivasiyanın qaydasında olduğunu vurğulayıb:

"Futbolçularımı bu vacib qələbə münasibətilə təbrik edirəm. Bununla da Avropa Liqasına vəsiqəni rəsmiləşdirdik. Bəlkə də meydanda nümayiş etdirilən oyunun keyfiyyəti o qədər də yüksək deyildi. Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxmağı bacaran komanda var idi.

Hesab 3:0 olsa da, bizim üçün hər şeyin tamamilə qaydasında getdiyini söyləyə bilmərəm. Lakin komandanın motivasiyası yerində idi və məhz bunun sayəsində inamlı qələbə əldə etdik. Stadionda bizimlə olan hər kəsə minnətdaram. Eyni zamanda "İmişli"yə də xüsusi təşəkkür düşür. Premyer Liqada ilk illəri idi, lakin buna baxmayaraq, mövsüm ərzində çox yaxşı təsir bağışladılar".

- Mətbuatda Kipr klubunda çıxış edən futbolçu ilə anlaşdığınızla bağlı xəbərlər var. Bu, nə dərəcədə doğrudur?

- Hazırda heç bir futbolçu ilə rəsmi razılaşmamız yoxdur. Bir çox oyunçu ilə danışıqlar aparırıq. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür.

- Komandanın Çempionlar Liqasında, yaxud Avropa Liqasında çıxış etməsi klubun transfer fəaliyyətinə və futbolçuların qərarına təsir göstərirmi?

- Məncə, etmir. Ötən mövsüm Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar. 

- Musa Qurbanlının zədəsi avrokubok oyunlarına kimi sağalacaq?

- Ola bilər ki, Avroliqa oyunlarına kimi düzəlməsin. Hələ məşqlərə başlamayıb, müalicəsi davam edir. Böyük ehtimal, belə olacaq.

- Bədavi Hüseynova yeni müqavilə təklif olunacaq?

- Böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq.

Son xəbərlər