Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"

31.10.2025 22:14 720
Qurban Qurbanov:
"Qarabağ" hər rəqibə qarşı ciddi hazırlaşmalıdır.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:

"Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissədə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar".

Qeyd edək ki, "Qarabağ" - "İmişli" oyunu Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər