Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: "Bu rəqibə qarşı bütün komponentlərdə diqqətli olmalıyıq"

18.08.2021 18:30 1 158
Qurban Qurbanov:
"Çox vacib oyuna çıxaracağıq. Rəqibin açıqlamalarında görünür ki, inamlıdırlar. Qələbəyə ümid edirlər. Bu, onların özlərinə inamından irəli gəlir. Biz də istəkliyik. İlk matç Bakıda keçirilsə də, hər şey cavab oyununda həll olunacaq".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyanın "Aberdin" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis rəqibə imkan verməməyə çalışacaqlarını bildirib: "Futbolçular "Aberdin"i yaxından tanıyırlar. Onlar son zamanlar daha çox istəklidirlər. Sabah meydanda mübarizə həddindən artıq çox olacaq. Nəinki baxımlı oyun. Rəqibə boşluqlar verməməyə çalışacağıq".

Təcrübəli baş məşqçi "Aberdin"in fiziki göstəricilərdə və standart vəziyyətlərdə çox yaxşı olduğunu söyləyib: "Topla davranmağı xoşlayır və rahat qol vurmağı bacarırlar. Heç nədən qol epizodu yaradıb fərqlənə də bilirlər. Bütün komponentlərdə diqqətli olmalıyıq. İnanıram ki, sabah bunu bacaracağıq".

Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yaxşı olmadığını xatırladıb: "Sabah ot örtüyü əvvəlkindən yaxşı olmayacaq. Çünki cəmi bir həftə keçib. Biz də çox istəyərdik ki, yaxşı meydanda oynayaq. Topla davranmaqda çətinlik çəkəcəyik. Amma rəqib hava mübarizələrində yaxşıdır. Bunun qarşısını almağa çalışacağıq".

Mütəxəssis rəqibin hansı sistemlə oynayacağını bilmədiyini sözlərinə əlavə edib: "Aşağı-yuxarı hansı sistemlə oynasa, meydanda 11 nəfərə qarşı eyni sayda çıxış edirsən. Eyni sistemdə oynayan komandaya qarşı 3-4 matç keçirsən, ona qarşı oynamaq daha rahat olur. Ümid edirəm ki, sabah daha çox hücum edən tərəf olmağa çalışacağıq".

Baş məşqçinin sözlərinə görə, əvvəlki mərhələlərdə üz-üzə gəldikləri rəqiblərlə "Aberdin"i müqayisə etmək düzgün çıxmaz: "Amma hər birinə qarşı çətinliklərimiz olub. Müqayisə etmək çətindir. Hamısı ciddi rəqib idi. Hərəsinin öz oyun fəlsəfəsi var. Onlara qarşı düzgün hazırlaşdıq. Ola bilər ki, “Aberdin” bir az üstündür. Amma o birilərini də zəif saymıram.

Qurbanov əvvəlki qarşılaşmalarda çox qol vurmaq istərdiklərini deyib: "Biz azarkeş üçün oynayırıq. Azarkeş qələbə ilə yanaşı, qollardan da həzz alır. Qarşımızda duran rəqib də boşluq vermir ki, istədiyimiz qədər qol vuraq. Bizə qarşı bütün rəqiblər həddən artıq ciddi yanaşır. Bu, bir tərəfdən sevindirsə də, işimizi də çətinləşdirir. Əvvəllər bizi çox ciddiyə almırdılar, bu da meydanda işimizi asanlaşdırırdı. Çox qol vurmağı özüm də xoşlayıram. Futbolçularımın daha yaxşı performans sərgiləməsini və çox qol vurmalarını istərdim. Ancaq belə turnirlərdə qol buraxmamaq da çox vacibdir. Bu səbəbdən həm hücumda, həm də müdafiədə oynamaq önəmlidir. Heç vaxt söz verməmişəm ki, mütləq qalib gələcəyəm. Həmişə söz vermişəm ki, komandam yaxşı mübarizə aparacaq. Qalibiyyət üçün ən yaxşısını etməyə çalışacağıq. Mən də futbolçularıma güvənərək deyirəm ki, sabah azarkeşlər oyundan razı qalacaqlar".

O, hücumçu axtarışlarının davam etdiyini bildirib: "Çox axtarırıq, danışıqlar gedir. Tezliklə müsbət də ola bilər. Konkret cavab gözlədiyimiz bir neçə oyunçu var. Bu, təkcə hücum yox, müdafiə və yarımmüdafiə mövqeyinə də aiddir. Bəzən düşünmədiyimiz elementlər ortaya çıxır, danışıq yarımçıq qalır".

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.скачать dle 11.3
Mojo.az Banner