Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: Az səhv etsək, istədiyimizə nail ola bilərik

28.11.2019 11:33 3 672
Qurban Qurbanov: Az səhv etsək, istədiyimizə nail ola bilərik
“Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib pley-offa vəsiqəni təmin edib. Bizim üçün hər bir matç önəmli olub. Xüsusilə də böyük komandalara qarşı öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq”.

“Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə oyun haqda danışarkən deyib.

47 yaşlı mütəxəssis matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, “Sevilya” və “Atletiko” fərqli komandalardır:

“İki il əvvəl “Atletiko” ilə səfərdə heç-heçə etmişdik. Amma hər iki komanda fərqli tərzdə oynayır. İstənilən halda yaxşı çıxış etməyə çalışacağıq. Maksim Medvedevin durumu yaxşıdır. Onun meydana çıxmaq ehtimalı böyükdür. “Sevilya” növbəti mərhələyə yüksəlmək haqda düşünməyən az saylı komandalardan biridir. Buna Bakıdakı oyunda da şahid olduq. Baş məşqçi və futbolçularının fikirlərindən də görünür ki, hücum futbolu nümayiş etdirmək istəyirlər. Rəqib dinamik futbol tərəfdarıdır”.

Qurbanov öz oyun üslublarına sadiq qalmağa çalışacaqlarını vurğulayıb: “Bizim öz oyun üslubumuz var, bundan əl çəkməməyə çalışırıq. Bəzən rəqiblər, durum durum fərqlidir. “Sevilya”ya boşluqlar verməməliyik. Sabah da az səhv etsək, istədiyimizə nail ola bilərik.

Həqiqəti deməli, reallığa baxmalıyıq - “Sevilya” istənilən rəqibə qarşı dominantlıq etmək istəyir. Bəzən öz futbolunu nümayiş etdirə bilmirsən, məcburən müdafiəyə çəkilirsən. Sabah intizamlı oyun göstərməyə çalışacağıq. Məni hər zaman bəzi futbolçuların optimal formadan uzaq olmaları narahat edir. Bu gün bu barədə düşünmürəm. Tam hazır olan oyunçuları meydana buraxacağıq”.скачать dle 11.3
Mojo.az Banner