Mojo.az Banner
20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: Az səhv etsək, istədiyimizə nail ola bilərik

27.11.2019 23:16 2 162
Qurban Qurbanov: Az səhv etsək, istədiyimizə nail ola bilərik
“Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib pley-offa vəsiqəni təmin edib. Bizim üçün hər bir matç önəmli olub. Xüsusilə də böyük komandalara qarşı öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq”.

“Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə oyun haqda danışarkən deyib.

47 yaşlı mütəxəssis matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, “Sevilya” və “Atletiko” fərqli komandalardır:

“İki il əvvəl “Atletiko” ilə səfərdə heç-heçə etmişdik. Amma hər iki komanda fərqli tərzdə oynayır. İstənilən halda yaxşı çıxış etməyə çalışacağıq. Maksim Medvedevin durumu yaxşıdır. Onun meydana çıxmaq ehtimalı böyükdür. “Sevilya” növbəti mərhələyə yüksəlmək haqda düşünməyən az saylı komandalardan biridir. Buna Bakıdakı oyunda da şahid olduq. Baş məşqçi və futbolçularının fikirlərindən də görünür ki, hücum futbolu nümayiş etdirmək istəyirlər. Rəqib dinamik futbol tərəfdarıdır”.

Qurbanov öz oyun üslublarına sadiq qalmağa çalışacaqlarını vurğulayıb: “Bizim öz oyun üslubumuz var, bundan əl çəkməməyə çalışırıq. Bəzən rəqiblər, durum durum fərqlidir. “Sevilya”ya boşluqlar verməməliyik. Sabah da az səhv etsək, istədiyimizə nail ola bilərik.

Həqiqəti deməli, reallığa baxmalıyıq - “Sevilya” istənilən rəqibə qarşı dominantlıq etmək istəyir. Bəzən öz futbolunu nümayiş etdirə bilmirsən, məcburən müdafiəyə çəkilirsən. Sabah intizamlı oyun göstərməyə çalışacağıq. Məni hər zaman bəzi futbolçuların optimal formadan uzaq olmaları narahat edir. Bu gün bu barədə düşünmürəm. Tam hazır olan oyunçuları meydana buraxacağıq”.скачать dle 11.3
Mojo.az Banner