Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

16.05.2026 21:53 441
Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir
Azərbaycanda minlərlə tələbə təhsil haqqını ödəmək üçün tələbə təhsil kreditindən istifadə edir. Lakin ali məktəbi bitirdikdən sonra iş tapmaqda çətinlik çəkən və ya aşağı maaşla çalışan gənclər üçün həmin kreditlərin geri ödənilməsi ciddi problemə çevrilir. Xüsusilə də bir çox hallarda rəsmi işə başlayan kimi maaşdan aylıq tutulmaların başlaması narazılıq yaradır.

Bəs tələbələr üçün əlavə güzəştlərin tətbiqi, ödənişlərin ertələnməsi və ya müəyyən hallarda borcların silinməsi mümkündürmü?

Median.Az xəbər verir ki, Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyevanın fikrincə, tələbə təhsil kreditinə adi bank borcu kimi baxmaq doğru deyil:

"Çünki bu kredit kommersiya məqsədi daşımır. Onun əsas mahiyyəti gəncin təhsil almaq imkanını genişləndirməkdir. Deməli, geri ödəniş qaydaları da yalnız rəqəmlərlə deyil, real həyat şərtləri ilə ölçülməlidir. Universiteti bitirən hər gənc dərhal yaxşı maaşlı iş tapmır. Bəziləri ixtisasına uyğun iş tapa bilmir, bəziləri isə çox aşağı maaşla əmək fəaliyyətinə başlayır. Formal olaraq "işləyir” görünür, amma aldığı gəlir nə özünü təmin etməyə, nə də əlavə kredit yükünü rahat daşımağa kifayət edir. Belə vəziyyətdə hamıya eyni qaydanın tətbiq olunması sosial baxımdan ədalətli görünmür. Əlbəttə, burada söhbət borcların kütləvi şəkildə silinməsindən getmir. Bu, nə maliyyə baxımından dayanıqlı olar, nə də kredit sisteminin məntiqinə uyğun gələr”.

Sona Əliyeva deyib ki, lakin daha çevik güzəşt mexanizmləri tətbiq oluna bilər:

"Məsələn, məzunun gəliri müəyyən həddən aşağıdırsa, ödəniş müvəqqəti dayandırıla və ya simvolik məbləğlə başlana bilər. Gəlir artdıqca ödəniş də mərhələli şəkildə artırılar. Bu, həm dövlətin vəsaitini qoruyar, həm də gənci ilk iş illərində sıxıntıya salmaz. İşsizlik məsələsi də ayrıca nəzərə alınmalıdır. Diplom alan gənc real iş tapa bilmirsə, ondan kredit ödənişi tələb etmək düzgün yanaşma deyil. Bu, gənci təkcə maddi deyil, psixoloji olaraq da ağır vəziyyətə salır. Digər tərəfdən, dövlət üçün vacib sahələrdə çalışan məzunlara xüsusi güzəştlərin verilməsi də düşünülə bilər. Regionlarda müəllim, həkim, mühəndis, sosial işçi kimi fəaliyyət göstərən gənclərin borcunun müəyyən hissəsinin silinməsi həm sosial baxımdan ədalətli olar, həm də kadr çatışmazlığı olan sahələrə marağı artırar. Bu halda kredit güzəşti yalnız yüksək akademik nəticəyə görə deyil, cəmiyyətə verilən real töhfəyə görə də tətbiq edilmiş olar”.

S.Əliyeva bildirib ki, dövlətin verdiyi vəsait geri qayıtmalıdır:

"Amma bu proses gəncin həyatına əlavə təzyiq kimi düşməməlidir. Əgər sistem məzunun maaşını, iş tapmaq imkanını və sosial vəziyyətini nəzərə almırsa, təhsil krediti sosial dəstək mexanizmindən çıxıb uzunmüddətli yükə çevrilə bilər. Ona görə hesab edirəm ki, Azərbaycanda tələbə təhsil kreditləri üzrə qaydalar daha real və çevik olmalıdır. Aşağı gəlirli məzunlar üçün ödənişin ertələnməsi, işsiz gənclərə möhlət verilməsi, regionlarda və strateji sahələrdə çalışanlar üçün qismən borc güzəştlərinin tətbiqi ciddi şəkildə müzakirə edilməlidir”.скачать dle 11.3
Mojo.az Banner