Mən hər zaman Prezidetimin,xalqımın yanındayam » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Mən hər zaman Prezidetimin,xalqımın yanındayam

"Palmalı" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov son günlərdə sosail şəbəkədə adının təxribat məqsədilə hallandırılmasına dair status paylaşıb. Median.Az həmin statusu dərc edir:

"Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir.

Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur. O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər inslarımız və dövlətimiz üçün etmişəm.Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram. Bunu edənlər uzun zamandır ki, mənə qarşı "qara piar" aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. "Palmali"ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur.

Mən demişəm. İndi də deyirəm ki, iş adamı siyasətçi ola bilməz. Siyasətçi də iş adamı ola bilməz. Bunlar ikisi də bir -birinə ziddir. İş adamının borcu dövlətinin yanında olmaqdır.

Bəziləri kimi arxadan oyun oynamıram və yediyim qaba tüpürmərəm! Mən hər zaman Prezidentimin, xalqımın yanındayam".



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 889 23.04.19 20:40