Bakıda bədən tərbiyəsi müəllimi niyə axundu öldürüb? - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |    

Bakıda bədən tərbiyəsi müəllimi niyə axundu öldürüb? - TƏFƏRRÜAT

Bakıda bədən tərbiyəsi müəlliminin məscid axundunu güllələməsinin səbəbi məlum olub.

Sabunçu rayonunun 15-ci polis bölməsinin əməliyyatçılar martın 31-də məscid axundu olan qardaşı – 43 yaşlı Hacı Kamran Şamilovu güllələmiş kişini saxlayıb.

Bu haqda Sabunçu Rayon Polis İdarəsindən məlumat veriblər.

Qeyd edək ki, martın 31-də , 16:10 radələrində Bakının Zabrat qəsəbəsində qardaşlar arasında münaqişə yaşanıb. Hüseynbala Şamilov TOZ-34 ov tüfəngindən K.Şamilovu evi qarşısında güllələyib. Sonuncu döş nahiyəsi və qarnında aldığı iki güllə yarası nəticəsində həyatını itirib.

H.Şamilov cinayət yerindən qaçsa da, tezliklə əməliyyatçılar onu həmin qəsəbədə yerləşən evində saxlayıb. Hüquq mühafizə orqanı əməkdaşları cinayət aləti olan ov tüfəngini müsadirə edib.

İlkin istintaq çərçivəsində saxlanılan şəxs verdiyi ifadədə, qardaşı ilə mübahisənin torpaq sahəsinə görə düşdüyünü bildirib. Onun dediyinə görə, məscid axundu olan K.Şamilov onun torpaq sahəsini mənimsəyib.

Məlum olub ki, axund müsəlmanların müqəddəs yerlərə ziyarətlərin təşkili ilə məşğul olub, qardaşı isə bədən tərbiyəsi müəllimi işləyib. Faktla bağlı araşdırma davam edir.

Öz növbəsində, Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş insidentdə adı dindar, axund kimi keçən Hacı Kamran və Hüseynbala adlı iki qardaş din xadimi deyillər və heç bir rəsmi təyinatları yoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 270 01.04.19 14:11