Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsi hər birimizi dərindən üzdü, ciddi şəkildə narahat etdi.

Bu, artıq neçənci yanğın hadisəsidir ki, yaşanır. Bundan əvvəl bir çox tanınmış və məşhur ticarət mərkəzlərində, o cümlədən, “Binə”də, “Sədərək”də bu cür üzücü və narahatedici yanğın hadisələri yaşanmış, iş adamlarına, sahibkarlara, həmin ticarət obyektlərində işləyib, çalışıb ailələrinə çörək pulu aparan insanlara böyük maddi ziyan dəyişmişdi.

Çox təəssüf ki, bu dəfə də belə oldu, yenə xeyli sayda iş adamı, sahibkar, sadə, sıravi ticarət əməkdaşları ciddi maddi ziyanla üzləşdilər. Sevindirici və təsəlliverici hal isə odur ki, bu hadisələrdə, eləcə də, bugünkü dəhşətli yanğında insan itkisi yaşanmadı.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib ki, bu hadisələr texniki təhlükəsizlik, sığorta və sair digər məqamlarla bağlı məsələləri ciddi şəkildə gündəmə gətirir:

“Belə hadisələr nə birincidir, nə də sonuncu. Həm də tək bizdə yaşanmayıb, dünyanın hər bir ölkəsində buna bənzər və bundan daha betər, ölümlə nəticələnən yanğın hadisələri baş verib və verməkdədir.

Amma bütün hallarda yanğınların tez-tez yaşanması ciddi narahatlıq yaratmaya bilməz. Bu hadisələrin minimuma endirilməsi üçün bütün gərəkən addımlar atılmalı, lazımi tədbirlər görülməlidir. Həm orada çalışan insanlar özləri texniki təhlükəsizlik qaydalarına ciddi riayət və əməl etməlidirlər, həm də təmin ticarət obyektlərinin sahibləri təhlükəsizlik tədbirlərini ən üst, ən yüksək səviyyədə həyata keçirməlidirlər.

Bu məsələdə təkcə pul-para istəyi önə çəkilməməli, əsas istək olmamalıdır, həm də təhlükəsizliyə maksimum dərəcədə əməl edilməsi, ticarət obyekt(lər)ində çalışanların mal və can güvənliyinin yüksək səviyyədə təmin olunması əsas məqsəd olmalıdır.

Bununla yanaşı, istər ticarət obyektlərinin sahibləri, istərsə də həmin obyektlərin tikintisinə, fəaliyyətinə icazə verənlər həmin obyektlərin yerləşmə məkanlarının təhlükəsizlik baxımından daha yararlı olmasına ciddi fikir verməlidirlər.

Çünki heç də hər yerdə, xüsusilə də, insan axını olan yerlərdə, iri ticarət mərkəzlərinin tikintisinə icazə verilməməlidir. Hər şey bütün incəliyinəcən ölçülüb, biçilməli, sonra icazə verilməlidir.

Belə olarsa, bu cür hadisələrdən də mümkün qədər ziyansız, itkisiz sığortalanmaq, ötüşmək olar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 350 26.03.19 17:41