"Belə gözəl qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz" - Aysel Xoşqədəmi məhkəməyə verdi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |    

"Belə gözəl qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz" - Aysel Xoşqədəmi məhkəməyə verdi (VİDEO)

Ailə dağıtmaqda ittiham edilən müğənni Aysel Əlizadə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına məktub göndərib.

Xoşqədəm xanım ifaçının vəkili tərəfindən yazılan məktubun bir hissəsini efirdə səsləndirib.


Məktubda qeyd olunub ki, Xoşqədəm Hidayətqızının proqramında Turanə adlı şəxs tərəfindən Ayselin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirildiyindən, şəxsi və ailə həyatı ilə bağlı məlumatların onun razılığı olmadan yayımlandığından aparıcı məhkəməyə verilib.

Vəkil məktubunda Ayselin efirə qoşulmasını tələb edib. Hidayətqızı məktubu oxuduqdan sonra Ayselə müraciət edərək efirə gəlib ittihamlara cavab verməsini istəyib.

Xoşqədəm Hidayətqızı məhkəməyə verilmə səbəbini anlamadığını deyib: “Mən deyirəm ki, bu cür gözəlliyə sahib olan gənc qız "Porshe" yox, lap belə "Ferrari" alsın, dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver".

Qeyd edək ki, Turanə adlı qadın "Səni axtarıram" proqramına gələrək iki uşaq atası olan Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə sevgili oldugu üçün ailəsinin dağıldığını deyib. Qadın həmçinin E.Nəcəfovun müğənniyə 150 minlik “Porshe” markalı lüks avtomobil aldığını açıqlayıb.

//Baku.ws
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 453 21.03.19 12:32