Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |    

Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”

Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub.

Məsələ ilə bağlı müğənni Afət Fərmanqızı bildirib ki, Şəki Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov işçilərini müğənni Nüşabə Ələsgərliyə görə işdən çıxarıb:

"Mənə bir nəfər "İnstagram"da yazdı ki, baş həkim Nüşabə Ələsgərlinin qohumudur. Onun da mənimlə münasibətləri bu mahnıya görə pozuldu. Ya baş həkim Nüşabəyə yaxşı görünmək üçün bu addımı atıb, ya da o, bu videonu görəndən sonra baş həkimə nəsə deyib. Düzü, mən bu söhbətlərə inanmaq istəmirəm. Amma qanunvericilikdə belə bir şey yoxdur ki, işçi nahar vaxtı çəkdiyi videoya görə işdən çıxarılsın. Bunu Allah da götürməz ki, 5 ailəni bayram qabağı çörəyindən etsinlər. Mən onlara vəkil tutmuşam. Həmin səhiyyə işçilərinin hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət olunacaq. 4 yaxın dostuma demişəm, bir də mən özüm həmin 5 işçinin ailəsinə maaşından da çox hər ay maddi yardım edəcəyik. Bir də onu demək istəyirəm ki, məni bu mahnıya görə tənqid edən şəxslər və sənət adamları qələt edirlər. Onlar getsinlər işləri ilə məşğul olsunlar. Mən erməni deyiləm ki, mənim üzərimə bu qədər gəlirlər".

///unikal.orgскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 898 15.03.19 15:04