Problemli kreditlərin həcmi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |    

Problemli kreditlərin həcmi açıqlandı

2019-cu il fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 569,4 mln. manat və ya bütün kreditlərin 12,2%-ni təşkil edir.

Ümumilikdə Azərbaycanda kredit portfelinin həcmi yanvar ayında 1,04% azalıb və 12 mlrd. 884,7 mln. manata düşüb.

Kreditlərin 2 mlrd. 62,4 mln. manatı dövlət payına malik olan banklar tərəfindən verilib və bu bankların kredit portfelindəki azalma 1,7% təşkil edir.

Kommersiya banklarının kredit portfelinin həcmi isə 10 mlrd. 478,6 mln. manatdır və burada azalma 0,5%-dir. Qalan kredit məbləği isə bank olmayan kredit təşkilatlarının payına düşür.

2019-cu il fevralın 1-nə kreditlərin ümumi həcminin 8 mlrd. 63,6 mln. manatı milli valyuta, 4 mlrd. 821,1 mln. manatı xarici valyuta ilə verilib. Ümumilikdə xarici valyutada kreditlərin xüsusi çəkisi 37,4% təşkil edir.

Kreditlərin strukturuna baxsaq, 5 mlrd. 306,3 mln. manat (41,2%) həcm ilə ev təsərrüfatı sahələri öndədir. Bu isə o deməkdir ki, istehlak kreditləri üzrə portfel yenə də şişir.

Bundan sonra ticarət və xidmət sahələri, rabitə texnologiyalrına kredit qoyuluşları daha çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 958 11.03.19 11:55