"Evimə müğənni gəlin buraxmaram" - Nadir sərt danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |     13:40 Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir - AÇIQLAMA (VİDEO)  |     13:20 Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama  |     13:17 Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi  |     13:15 Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - YENİLƏNİB  |     13:14 Ögey atasını öldürmüş şəxsə cəza verilmədi - FOTO  |    

"Evimə müğənni gəlin buraxmaram" - Nadir sərt danışdı - VİDEO

Müğənni Nadir Qafarzadə "Oğluma müğənni qız almaram" sözlərinə münasibət bildirib.

Median.Az
lent.az-a istinadən xəbər verir ki, ifaçı canlı yayımda bildirib ki, evinə müğənni gəlin buraxmaz:

"Şou-biznesdən? Niyə? Elə mənim alnıma yazılıb? Mən istəmirəm. Heç kimin acığına gəlməsin. Bəlkə əvvəlki dövr olsaydı, hardasa razı olardım. Müğənni qızı evimə necə gətirim? Qısa yubka, harasına kimi yarığı olan qızı evimə necə gətirim? Yubkası qısa olan qızı evimə necə gəlin gətirim? Onun hər yerini hamı gördü, oğluma nə qaldı ki? Özlərini yaxşı aparsınlar ki, onları da kimsə alsın. Geyimin də öz yeri var. Alt paltarını göstərmək geyim deyil".

Qafarzadə "Yeni gələnlərə kömək edirsiz" sualına əsəbi cavab verib:

"Onlara nə kömək olum? Day-dayları kömək olur. Gedib kabinetdə oturacaq, kömək alacaq. "Kabinet ulduzu" olublar. Onlar sənət üçün yox, kişi axtarmağa gəlib. Loxun birin tapacaq, maşın ev alacaq. Onlarınkı başqa sənətdir".

"Niyə müğənnilərə evyıxan deyirlər" sualına Nadir belə münasibət bildirib:

"Mənim arvadım da xanım, o da? Qadındırlar, xanım yox. Bioloji qadın doğulur, fahişəyə də xanım deyirlər. Mənim anam da xanım, o da? Xanım sözünü qarışdırmayın, əsl xanımları təhqir edirsiniz. Azərbaycan xanımını siması, mədəniyyəti, geyimi ilə daşıyanları təhqir edirsiniz. Onlar özlərini elə təqdim edir. Bir-birinin ərini əlindən alırlar. Kişi qəhətdir? Başqasının bədbəxtliyindən özünə xoşbəxtlik edirsən. Get subay, dul biri ilə evlən. Gedib ev yıxır, cənnət qoxulu qadını fahişəyə dəyişir".

Nadir çörək bişirib satan bacısından da danışıb:

"Çörək bişirir, qoyun saxlayır, döşək salırıq. Əsl azərbaycanlıyıq. Halal yolla pul qazanırıq. İndi gələcək nəsil nə olacaq? Ərəb turistlərdən doğulan nəsil gəlir".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 624 04.03.19 22:40