Gündə bir paketdən çox siqaret çəkmək bu xəstəliklərə səbəb olur » Median.Az News Agency


Gündə bir paketdən çox siqaret çəkmək bu xəstəliklərə səbəb olur
Gündə bir paketdən çox siqaret çəkən insanlarda rəngləri görmə qabiliyyətini itirmə riskinin artdığı məlum olub.
Median.Az
xəbər verir ki, Rutgers universitetinin tədqiqatçıları bu barədə araşdırma aparıblar. Nəticələrə əsasən, gün ərzində 1 paketdən çox siqaret çəkmək rəng görmə qabiliyyətinə mənfi təsir edir.

Təcrübə zamanı həyatı boyu 15-dən az siqaret çəkən 71 inmsan ilə gündə ən azı 20 siqaret çəkən 63 nəfər üzərində sınaq aparılıb. Məlum olub ki, siqaret çəkənlərin siqaret çəkməyənlərlə müqayisədə kontrast və rəngləri ayırd etmə qabiliyyəti azalıb. Eyni zamanda siqaret çəkənlərin qırmızı-yaşıl və mavi-sarı rəng görmələrində ciddi dəyişiklər üzə çıxıb.
Nikotin və siqaret qan damarları və neyronlara ziyan vurur. İştirak edənlərin 25-45 yaş arası olduğu bildirilir. Tədqiqatın nəticələri “Psychiatry Research” jurnalında dərc edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 256 22.02.19 23:13