Azərbaycanlılarla çeçenlərin davasında erməni izi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |     19:10 "Amazon"un təsisçisi 737 milyon dollarlıq səhm satıb  |     19:04 Almaniya Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni sərtləşdirir  |    

Azərbaycanlılarla çeçenlərin davasında erməni izi - VİDEO

Ermənilər sosial şəbəkələrdə azərbaycanlılar və çeçenlər arasında Moskvada baş verən insidenti gərginləşdirməyə səsləyiblər. Ermənilər bir-birilərini qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazmağa çağırıblar. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq-deyə ermənilər sosail şəbəkələrdə paylaşımlar ediblər. Bu arada Azərbaycanın Moskvadakı səfirliyi də baş verən insidenti diqqətdə saxlayır.

Ermənilər yenə də nifaq toxumu səpməkdə davam edirlər. Belə ki, Moskvada azərbaycanlı və çeçenlər arasında baş verən qarşıdurmadan sonra ermənilərin sosial şəbəkələrdə fəallaşması müşahidə edilir.

Belə ki, onlar saxta profillərlə təhqirlər yazaraq azərbaycanlılar və çeçenlər arasındakı insident daha da genişləndirmək üçün dəridən qabıqdan çıxırlar. Maraqlı məqam isə ondan ibarətdir ki, bunları təşviq edən şəxslərdən biri Ermənistan parlamentinin hazırki deputatı Abram Abovyandır.

Belə ki, Ermənistan parlamentinin üzvü, Çiçəklənən Ermənistan fraksiyasının millət vəkili Abram Abovyan öz facebook səhifəsində paylaşım edərək Azərbaycanlılarla-Çeçenlər arasında olan insidentin ermənilər üçün bir fürsət olduğu bildirilir.

Onu da qeyd edək ki, Moskvadakı insident Azərbaycanın Rusiyadakı səfirliyinin də diqqət mərkəzindədir. Belə ki, səfir Polad Bülbüloğlu Moskva şəhər baş polis idarəsinin rəisi ilə görüşüb..

Səfir Polad Bülbüloğlu Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Baş İdarə rəisini məlumatlandırıb.

Moskva polisinin rəisi General-leytenant Oleq Baranov isə bildirib ki, hər iki insidentə dair operativ iş aparılır, o cümlədən Moskvada "Neolit" kafesinə hücum faktı üzrə ittihamlar irəli sürüləcək, habelə taksi sürücüsünün qətli ilə əlaqədar intensiv araşdırma aparılır, cinayətkarların şəxsiyyəti müəyyən ediləcək.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 659 18.02.19 13:01