Ətraf mühiti çirkləndirməyən yanacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |    

Ətraf mühiti çirkləndirməyən yanacaqlar

Zaman keçdikcə müxtəlif enerji mənbələrinə münasibət dəyişir. Atmosferin çirklənməsi və onun fəsadları dünya ölkələrini daha təhlükəsiz yanacaqlardan istifadə haqqında düşünməyə vadar edir. Yaxın gələcəyin yanacaqları sırasına metanol, hidrazin və hidrogen daxildir.

Median.Az
bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

Mütəxəssis bildirib ki, sintetik qazların sırasına daxil olan metanoldan istifadə daxili yanma mühərriklərində bir az dəyişikliklər aparılmasını tələb edir: "Neftin ağır karbohidrogenlərinin yanması ilə müqayisədə yüngül karbohidrogenlərin yanması daha tam baş verir. Metanolun istifadəsi ətraf mühit üçün təhlükəsizdir. Çünki yanacaq kimi istifadə etdikdə havanın digər qazlarla çirklənməsi baş vermir.

Hidrazinin xassələri onun yanacaq kimi tətbiqi üçün əlverişlidir. Otaq temperaturunda hidrazin rəngsiz, qoxusuz mayedir. ABŞ-da yük avtomobilləri üçün yanacaq kimi tətbiq olunur. Hidrazinin üstünlüyü onun istehsalı üçün istifadə edilən xammalların əlverişli olmasıdır. Belə ki, onun istehsalında havada olan azot və sudan alınan hidrogendən istifadə olunur. Hidrazinin çatışmayan cəhəti digər yanacaqlarla müqayisədə qiymətinin baha olmasıdır. Müasir dövrdə hidrazinin alınması onun oksidinin sulu məhlulundan alınmasına əsaslanır. Sulu məhluldan birbaşa istifadə onun qiymətini ucuzlaşdırır. Çatışmayan cəhəti kanserogenliyi və parçalanması zamanı ammonyakın alınmasıdır.

Nəqliyyat üçün hidrogendən yanacaq kimi istifadə təklifi çoxdan məlumdur. Lakin onun yanacaq kimi tətbiq imkanlarından başqa, digər məqsədlərlə, məsələn, uzaq məsafəyə enerji ötürücü vasitəsi, məişət və sənayedə enerji mənbəyi kimi istifadəsinin mümkünlüyü də məlumdur. Bu halda hidrogen müasir dövrdə istifadə olunan təbii qaza və benzinə yaxşı alternativ ola bilər. Mənfi xüsusiyyəti qiymətinin baha olması və partlayış təhlükəsinin mövcudluğudur. Hidrogen hava ilə 18-59 faiz həcm nisbətində qarışarsa, partlayış ola bilər. Metandan da güclü partlayış təhlükəsinə malikdir. Lakin açıq havada belə qarışıq əmələ gətirmir. Ona da diqqət yetirmək lazımdır ki, təbii qaz-hava qarışığına nisbətən hidrogen-hava qarışığının partlayış gücü 3 dəfə azdır. Hidrogendən hibrid sxemlər əldə etmək olar. İlk növbədə hidrogen-elektrik yanacaq elementi yaratmaq olar. Bu da yüksək sürət tələb olunmayan şəhərlərdə istifadə üçün yararlı ola bilər. Hərəkətin sürətlənməsinə azhəcmli və azkütləli hava-dəmir batareyalarının köməyi ilə nail olmaq mümkündür".

A.Hüseynli elektrik enerjisi ilə işləyən elektromobillərin 2000-ci ildən sonra daha etibarlı hesab olunduğunu qeyd edib: "Enerji mənbəyi kimi elektrikin elmi, texnoloji və sosioloji üstünlükləri çoxdur. Elektrik enerjisi ətraf mühiti çirkləndirmir, o, nüvə və ya günəş enerjisindən hasil edilə bilər. Ancaq elektrik enerjisinin avtomobillərdə yanacaq kimi istifadəsinin bir neçə mənfi xüsusiyyəti var. Bu, ilk növbədə, yeni avtomobil sənayesinin yaradılmasını tələb edir. Elektrik enerjisi ilə işləyən avtomobillər bir sıra xarakteristikalarına görə müasir daxili mühərriklərdən geri qalır. Elektromobillərin rahat istifadəsi üçün yüksək enerji tutumlu batareyalar tətbiq olunmalıdır".

Mütəxəssis gələcəkdə nəqliyyat üçün ətraf mühiti çirkləndirməyən yanacaq seçiminin texniki məsələ olduğunu da diqqətə çatdırıb. O, bu yanacaqların istifadəsi, qiyməti və digər xarakteristikalarının gələcəkdə elm-tədqiqat işlərinin intensivliyindən asılı olduğunu vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 697 01.02.19 23:10