Xamis Məmmədovun ölümünün yeni detalları bəlli oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Xamis Məmmədovun ölümünün yeni detalları bəlli oldu

Xamisi dünən dəfn ediblər. Hazırda isə onun ailəsinə başsağlığı vermək üçün Sabirabada gedirəm.

Bunu oxu.az-a MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov deyib.

Döyüş sambosu, MMA üzrə azərbaycanlı keçmiş döyüşçü Xamis Məmmədov iki gün əvvəl gözlənilməz şəkildə vəfat edib.

Bir neçə il əvvəl məşhur UFC döyüşçüsü Həbib Nurməhəmmədovu Dağıstan açıq çempionatında məğlub etmiş Xamisin qripdən vəfat etdiyi bildirilir. Bunu vaxtilə onu Bakıda yarışlara hazırlaşdırmış Azad Əsgərov da təsdiqləyib:

“Soyuqlamadan vəfat edib. Bir-iki gün əvvəl nəfəs almaqda çətinlik çəkirdi”.

34 yaşlı Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş Nazim Məlikov isə saytımıza açıqlamasında onun qripdən ölməsinə dair yayılan xəbərlərin doğru olmadığını bildirib:

“Yayılan xəbərlər doğru deyil. Ciyərində soyuqdəymə vardı. Sabunçu xəstəxanasında yatırdı. Beşinci gün onunla danışmışam. Həmin gün axşam xəstəxanada qızdırması qalxıb, həkim nəzarəti olmayıb. Onun əvvəldən ciyərində ləkəsi var idi. Bu soyuqdəymədən sonra xəstəliyi daha da güclənib və rəhmətə gedib. Xamis idmanı atsa da, o qədər də passiv deyildi. İki-üç gündən bir ova gedirdi”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 508 28.01.19 12:26