Mojo.az Banner
11:34 I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq  |     23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |    
Left Banner
Right Banner

Deputatdan antibiotiklərlə bağlı SOS

18.01.2019 22:48 2 198
Deputatdan antibiotiklərlə bağlı SOS
Autizm sindromlu xəstələrin sayının ildən-ilə artması hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür.

Median.az
xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə komitəsinin 2019-cu il yaz sesiyası üzrə ilk iclasında çıxışı zamanı deyib. Millət vəkili əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib və autizmli xəstələrin problemlərini qaldırıb:

“Autizm sindromlu xəstələrin sayının ildən-ilə artması hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür. Bu sahədə həmin uşaqlara, ailələrə dəstək göstərilməsi üçün proqramlara ehtiyac var. Ailələr, valideynlər tərəfindən hər gün çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi məsələdir. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Autizm sindromundan əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı Səhiyyə komitəsində ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var”.

Antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunan deputat onların həkim resepti olmadan satılmasının qadağan edilməsini təklif edib:

“Dünyanın bütün inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılması qadağandır. Antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsi dəhşətli fəsadlar törədir və bu hallar ölkəmizdə getdikcə daha da artır”.

Məsələ ilə bağlı marifləndirmə işlərinə böyük ehtiyac olduğunu vurğulayan millət vəkili əhaliyə və apteklərə çağırış edib:

“Bəzi insanlar və ya ailə üzvləri bir az soyuqlayan və qızdırması olan kimi tez sağalmaq üçün antibiotik alırlar. Bəziləri qonum-qonşusunun tövsiyyəsi ilə alır və dozasının fərqində olmadan istifadə edir. Bölgələrdə bir sıra aptek işçiləri və ya ali tibb təhsili olmayan orta tibb işçiləri də belə məsləhətlərdə təəssüf ki, çox fəal olurlar. Apteklərdə də böyük həvəslə antibiotik məsləhət görən əməkdaşlar az deyil. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə az sonra həmin insan ya özü, ya da ailə üzvləri çəkir. Eşitməsində ciddi problem yaranan bir neçə uşağın ailə üzvləri ilə danışanda onlardan bəziləri ağlayaraq öz əlləri ilə uşaqlarına zərər vuduqlarını, antibiotiklərdən doğru istifadə qaydalarından xəbərsiz olduqlarını deyirlər. Təəssüf ki, ağır fəsadı aradan qaldırmaq sonradan çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satışı qadağan edilməlidir. Xahiş edirəm ki, Səhiyyə komitəsi bu məsələyə böyük diqqət ayırsın. Ayrıca əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün KİV-lər və müvafiq qurumlarla birlikdə işləri daha da artırmalıyıq”.

Q.Paşayeva Hepatit C virusunun yayılması hallarının artmasından narahatlığını da ifadə edib:

“Hepatit C ağır xəstəliklərin əsasını qoyur, üstəlik, müalicəsi çox çətin və bahalıdır. Hepatit C-yə yoluxan insanların bir çoxunun müalicə almaq imkanları çox məhduddur”.

Millət vəkili əhalinin bu istiqamətdə marifləndirilməsini və dövlət dəstəyinin daha da artırılmasını vacib sayıb:

“Hepatit C-nin getdikcə daha da artması bizi ciddi narahat etməlidir. Bu istiqamətdə əhalinin maarifləndirilməsi ilə yanaşı, profilaktik tədbirlərin gücləndirilməsinə ciddi ehtiyac var. Bu tədbirlər virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacibdir. Səhiyyə komitəsində bu mövzuda ictimai dinləmələrin olması da işə öz müsbət töhfəsini verə bilər”.

Deputat bütün dünyada olduğu kimi Azərbaycanda da vərəmli xəstələrin sayının artdığını qeyd edib:

“Bu xəstəliyə qarşı güclü mübarizənin aparılması istiqamətində Səhiyyə komitəsində ictimai dinləmələrin aparılması müsbət töhfə verə bilər”.

Q.Paşayeva həmçinin cəmiyyətdə, insanlar arasında depressiya hallarının artmasından dolayı da narahatlığını ifadə edib.

Millət vəkilinin təkliflərini komitə sədri, akademik Əhliman Əmiraslanov dəstəkləyib və qaldırılan məsələlərin diqqətdə saxlanılacğını bildirib.скачать dle 11.3
Mojo.az Banner