Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək

Bu gün Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçiriləcək.

Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 14:00-da start götürəcək.

Açılışda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, dövlət rəsmiləri, müxtəlif idman növləri üzrə beynəlxalq assosiasiyaların nümayəndələri, cüdo üzrə milli federasiyaların başçıları və digər şəxslər iştirak edəcəklər.

Açılış mərasimi rəsmi və bədii hissədən ibarət olacaq. Bədii hissənin əvvəlində qrafik video elementlərdən ibarət videoçarx təqdim olunacaq. Sonra Azərbaycan incəsənət xadimlərinin eksklüziv olaraq tədbir üçün hazırlanmış çıxışları baş tutacaq. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı ilə çıxış edəcək.

İkinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər.

Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Qadınlar

52 kq

1/32 final. Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)

Kişilər

66 kq

1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 420 21.09.18 12:39