"Bu yaşda heç kimə türmə həyatını arzulamıram" - Cinayətkar azyaşlılar (VIDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

"Bu yaşda heç kimə türmə həyatını arzulamıram" - Cinayətkar azyaşlılar (VIDEO)

Cəmiyyətimizdə cinayət törədərək məhkumluq həyatı yaşayanlar arasında azyaşlılar da var və bu say artmaqdadır.

Məhkum olunan şəxs: "Tutdular bizi, yaşım az idi. İl yarım iş verdilər. Bu yaşda heç kimə arzulamaram türmə həyatını. Məhkumluq həyatı hal-hazırda maneələr yaradır mənə".

Median.Az ARB TV-yə istinadən xəbər verir ki, uşaq yaşlarında avara həyat tərzinə alışan, intizamsızlıq edən onlarla yeniyetmə sonda cinayət törədərək həyatını puç edir. Ötən ilin statistikasına görə, Azərbaycanda 14-17 yaşlı 323 uşaq törətdiyi cinayatə görə məhkum olunub. Bu, 2016-ci illə müqayisədə 61 nəfər çoxdur. Ekspertlərin fikrincə, artıma səbəb olan amillər arasında cəmiyyətin etinasızlığı, kriminal aləm haqqında məlumatların tirajlanması və s. ilk yerləri tutur.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Cinayətkar aləmin təbliğ olunması cəmiyyət üçün arzuolunan deyil. Heç vaxt müsbət nəticəyə gətirmir. Çox vaxt insanlar daha asan törədilə bilən cinayətlərə gedirlər. Xırda oğurluq, xuliqanlıq və başqa. Yeniyetmələr də məhz bu tip cinayətlərə meyilli olurlar".

Yunan alimi Sokrat deyir ki, uşaqlarınız tərbiyə etməyin, çünki onlar sizi təqlid edəcəklər. Özünüzü tərbiyə edin. Deməli, övladın törətdiyi hər hansısa bir cinayətə və ya səhv hərəkətə görə valideynin də məsuliyyəti böyükdür.

Təvəkkül Səlimov - Ekspert: "Bir də görürsüz ki, uşaq saatlarla evə gəlmir. Gecə saat 12-də, 1-də, 2-də də evə gəlmir. Valideyn də yatıb, uşaqla maraqlanmır. Nəticə etibarı ilə də uşaqlar müxtəlif cinayətlərə, kriminal hadisələrə meyil edirlər".

Problemin müsbət həlli üçün məktəblərin, təlim-tərbiyə ocaqlarının rolu daha da artırılmalıdır. Hüquq mühazifə orqanlarının üzərinə də böyük məsuliyyət düşür.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Orta məktəblərdə yeniyetmələrlə işlər üzrə inspektorlar fəaliyyət göstərir. Bu, Sovet dönəmindən var. Cilovlanmayan, hərəkətləri qəlibə salınmayan şagirdlər inspektorların siyahısında olmalıdır. Bu uşaqlarla fərdi qaydada işlər aparılmalıdır".

Təvəkkül Səlimov - Ekspert : "Məktəblər məni qınamasın, bəzən boş buraxır bu işləri. Məktəblərdə müəllimlər təkcə təhsil verməklə yox, həm də uşaqların təlim-tərbiyəsi ilə son dərəcə ciddi məşğul olmalıdırlar".

Gəncliyimizi qorumaq cəmiyyətin hər bir fərdinin borcudur. Çünki gələcək onlarla var olacaq. Cinayətkar mühit isə bu günümüz kimi sabahımıza da təhlükədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 653 20.09.18 17:04