Lotereyalar, banklar haqqında qanunlar tam dəyişdirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |    

Lotereyalar, banklar haqqında qanunlar tam dəyişdirilir

Parlamentin qarşıdan gələn 2018-cil il payız sessiyasında bir çox qanunlara mühüm dəyişikliklər ediləcək. Bu sırada daha çox iqtisadi qanunvericilklə bağlı sənədlər gəlir.

Bu haqda oxu.az-a parlamentdən bildirilib.

Bildirilib ki, “Loreteyalar haqqında”, “Banklar haqqında” qanunlara və Vergi Məcəlləsinə ciddi dəyişikliklər ediləcək. Həmçinin, bir sıra digər iqtisadi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunlara düzəlişlər olunacaq.

Dəyişiklilklər ediləcək qanunlar paket halında Milli Məclisə (MM), o cümlədən, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim olunub və komitənin payız sessiyasında keçiriləcək ilk iclasında müzakirəyə çıxarılaraq, sessiyanın plenar iclasına tövsiyə olunacaq.

“İstər lotereyalar, istərsə də banklar haqqında qanunların qəbulundan uzun müddət keçir. Hər iki qanun 2004-cü ildən qüvvədədir və onlara zaman-zaman dəyişikliklər və əlavələr olunub. İndi isə “Lotereyalar haqqında” qanunun tam yenilənməsi, dəyişdirilməsi nəzərdə tutulur. Parlamentə təqdim olunan qanun layihəsi, demək olar ki, tam yenilənmiş variant sayıla bilər, orada ciddi dəyişikliklər var.

Banklarla bağlı qanuna ciddi dəyişikliklər və əlavələr təklif olunur. Bu qanun, demək olar ki, tam yenilənib. Vergi Məcəlləsinə gəlincə, artıq hər sessiyada bu sənədə ölkədəki iqtisadi islahatlar, xüsusilə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi ilə bağlı mütəmadi dəyişikliklər, əlavə olunur. Bu dəfə də belə olacaq, Məcəlləyə həddindən artıq dəyişikliklər təklif olunur.

Bunlar nəticə etibarilə ölkənin iqtisadi inkişafına, azad sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə öz töhfəsini verəcək”, - deyə MM-dən bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 101 07.09.18 13:08