Bakıda dayə uşağı döydü, saçından tutub sürüdü - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |    

Bakıda dayə uşağı döydü, saçından tutub sürüdü - FOTO

Bakıda daha bir uşaq dayəsi tərəfindən döyülüb.

Median.Az
AzNews.az-a istinadən xəbər verir ki, İradə Quliyeva 6 yaşlı nəvəsi Aydın Quliyevin döyülməsində dayəsi, Bakının Bilgəh qəsəbə sakini Sürəyya Məmmədovanı ittiham edib:

“Gəlinim işlədiyindən bir ildir ki, uşaqlara dayə tutmuşuq. Dayə 3 uşağa baxır. Sürəyya evə gələndən uşaqları incidir. Onun bu hərəkətini mənimlə yanaşı uşaqların anası da görür. Biz ona məsələdən xəbardar olduğumuzu və uşaqlarla rəftarını deyəndə boynuna almır, deyir tərbiyə verirəm. Bu gün böyük uşağı saçından tutub, sürüyə-sürüyə mənim evimdən aparıb”.

İradə Quliyeva qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” ximətinə məlumat verib: “Ərizə yazdıq, uşaq Sabunçu xəstəxanasında ekspertizadan keçirildi”.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 750 30.07.18 17:58