İki güləşçimiz Avropa birincisi oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

İki güləşçimiz Avropa birincisi oldu

Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından oxu.az-a verilən məlumata görə, Azərbaycan güləşçiləri ikisi qızıl olmaqla, ümumilikdə yeddi medal qazanıblar.

Doxsan iki kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edib, idmançımız finalda Gürcüstan güləşçisi İrakli Mtsituri ilə qarşılaşıb. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı rəqibinə tam üstünlüklə (8:1) qalib gəlib.

İkinci qızıl medalın sahibi Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) olub.

Sərbəst güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 133 11.06.18 12:53