Mojo.az Banner
00:53 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI  |     00:52 Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - Oğlu saxlanıldı  |     20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |     18:52 Ötən il neçə saxta diplom aşkarlanıb?  |     18:47 Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?  |     18:39 Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant  |     18:35 Sabah 9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək  |     18:30 Bazar gününün - Havası  |     18:25 Bu görüntüləri gündəm oldu - Video  |     18:20 Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi  |    
Left Banner
Right Banner

Ət satışı ilə məşğul olan sahibkarlara - MÜRACİƏT

06.06.2018 12:21 3 342
Ət satışı ilə məşğul olan sahibkarlara - MÜRACİƏT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün sahibkarlara müraciət edib.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən oxu.az-a verilən məlumata görə, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.

Müraciətdə qeyd olunub ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür:

“Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır”.

Agentlikdən bildirilib ki, hazırki şəraitdə bu sahədə səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var:

“Hesab edirik ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sahənin inkişafına öz tohfələrini verməsinin əsl vaxtıdır.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcək. Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq.

Ona görə də yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər birinizi müasir, günün tələblərinə cavab verən sahibkarlıq fəaliyyətinə dəvət edir, bu istiqamətdə tövsiyə xarakterli yardımların göstərilməsinə hazır olduğumuzu bildiririk”.скачать dle 11.3
Mojo.az Banner