Binəqədidə növbəti rəzalət – FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |    

Binəqədidə növbəti rəzalət – FOTO + VİDEO

Ötən gün isə Binəqədidə növbəti rəzalətə imza atılıb.

Binəqədi rayonu Əcəmi Naxçıvani 4B ünvanında yaşayan sakinlər redaksiyamıza müraciət edərək, yaşayış binasının düz yanında, insanların eyvanının ağzında qeyri-qanuni obyekt tikildiyini və bu azmış kimi insanların gəlib-getdiyi yolun üzərində ayaqyolu quraşdırıldığını bildiriblər.

Bina sakinlərinin sözlərinə görə, ərazidə qanunda nəzərdə tutulmayan dükan inşa edilsə də, yerli sakinlər buna etiraz etmədilər, lakin dükanın yanında – insanların eyvanlarının düz qarşısında ayaqyolu inşa edilməsi həm qanunsuzdur, həm də razələtdir.

Dəfələrlə yerli icra orqanlarına müraciətlər edilməsinə baxmayaraq, dükan sahibləri özlərini qoçu kimi aparır, keçmiş icra başçısı Xaləddin İsgəndərova “haqq” verdiklərini bildirirlər. Həmin rəzaləti əks etdirən foto və video görüntüləri oxucularımıza təqdim edirik.

Qeyd edək ki, bu rayonda qanunsuz tikililər, yol kənarlarının qeyri-qanuni zəbt edilməsi və digər şikayətlər intensiv hal alıb. Bunun nəticəsidir ki, ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən uzaqlaşdırılıb və barəsində müvafiq qurumlarda araşdırmalar aparılır.//editor.az







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 090 05.06.18 18:51