Mojo.az Banner
22:10 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu  |     22:05 25 günün əsgəri vəfat etdi - FOTO  |     21:43 Leninin nəslindən olan Yelena Ulyanova öldü  |     21:41 Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb  |     20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |     20:40 Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı  |     20:34 Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR  |     20:26 DÇ-2026 azarkeşləri üçübn bilet şoku: Yanacaq böhranı xərcləri artırdı  |     20:20 Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı  |     20:13 Gələn il veteran pulu ARTIRILACAQ?  |     20:08 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb  |     20:00 Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video  |     19:55 Paşinyan Putinin "boşanma" sözünə belə cavab verdi  |     19:41 Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü  |     19:34 Millimiz Gürcüstana məğlub oldu  |     19:29 Sabah Azərbaycanda 30 dərəcə isti olacaq  |     19:20 Bakıda külli miqdarda elektron siqaret oğurlandı  |     19:15 Dövlət qurumlarına verilən yeni domenlərin sayı artıb  |     19:07 Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq  |     18:52 "Barselona"dan Flik qərarı  |    
Left Banner
Right Banner

Jirinovski: İranlı qaçqınlar Azərbaycana doluşacaq – VİDEO

30.05.2018 11:56 6 053
Jirinovski: İranlı qaçqınlar Azərbaycana doluşacaq – VİDEO
ABŞ-ın İranın nüvə sazişindən çıxması islam respublikasında sosial partlayışa səbəb ola bilər. Bu baş versə nəticədə Qafqaz iranlı qaçqınlarla dolacaq.

Median.Az
“News.ru”ya istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Liberal-demokratlar partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

Onun sözlərinə görə, ABŞ öz sanksiyaları ilə İranın iqtisadiyyatını sarsıtmağı bacarmayacaq, belə ki, İranın xarici təsirlərə davamlı iqtisadiyyatı var. Ancaq dini qruplar arasında ixtilafın təhriki nəticəsində, ölkədə sosial qeyri-sabitlik meydana gələ bilər.

Jirinovski İranda sünilərlə şiyələr arasında uzun illərdən bəri dini ixtilafların yaşandığını diqqətə çatdırıb.

“Bəs iranlılar hara qaçsınlar? Ancaq şimala: onlar Gürcüstan, Ermənistan və Azərbaycana doluşacaq. Onlarla hətta Rostov-na-Donuda da qarşılaşa biləcəksiz. Biz onları özümüzdən divarla ayıra bilmərik axı”.

Liberal-demokratların lideri eyni zamanda dünyada vahid siyasi düzən qurmaq cəhdlərinə görə ABŞ-ı tənqid atəşinə tutub./oxu.azскачать dle 11.3
Mojo.az Banner