Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Barselona"dan Flik qərarı

11.05.2026 18:52 756
İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi baş məşqçi Hans-Diter Flik ilə əməkdaşlığın uzadılması barədə razılıq əldə edib.

Bu barədə tanınmış jurnalist Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Tərəflər arasında yeni rəsmi müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir. Sazişin 2027/28 mövsümünün sonunadək qüvvədə olacağı, həmçinin daha bir il uzadılma opsiyasının nəzərdə tutulduğu bildirilir.

61 yaşlı mütəxəssis 2024-cü ilin may ayından "Barselona"nın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda iki dəfə İspaniya çempionu olub, iki dəfə Superkuboku, bir dəfə isə ölkə kubokunu qazanıb.

Flik 2021-ci ilin avqustundan 2023-cü ilin sentyabrınadək Almaniya millisinə rəhbərlik edib. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komanda onun rəhbərliyi altında İspaniya, Yaponiya və Kosta-Rika ilə eyni qrupda mübarizə aparsa da, növbəti mərhələyə yüksələ bilməyib.

2014-cü ildə isə o, baş məşqçi Yoaxim Lövün köməkçisi kimi Almaniya millisi ilə dünya çempionu olub. Flik həmin vəzifədə 2006-2014-cü illərdə çalışıb.

Bundan əlavə, mütəxəssis Münhen "Bavariya"sında da fəaliyyət göstərib və bu klubla iki dəfə Almaniya çempionluğunu qazanıb. O, həmçinin bir dəfə ölkə kuboku, superkubok, "UEFA Çempionlar Liqası" və UEFA Superkubokunun qalibi olub.

2019/20 mövsümündə Flik treblə yadda qalıb. Belə ki, o, daxili çempionat və kubokla yanaşı, UEFA Çempionlar Liqasının da qalibi olub.

Mütəxəssis daha əvvəl "Bammental" və "Hoffenhaym" komandalarında da çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl "Barselona"nın "Real Madrid"i məğlub edərək İspaniya çempionu titulunu qoruduğu bildirilmişdi.

Son xəbərlər