Bakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlər - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Bakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlər - FOTO

Bakının Nəsimi rayonu, Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən, bir neçə il əvvəl abadlıq adı altında fasadının görkəmi dəyişdirilən tarixi binada yenidən təmir işləri başlayıb.

Median.Az "virtualaz.org"a istinadən xəbər verir ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin briqadası binanın fasadına bir neçə il əvvəl vurulmuş aqlay üzlük daşlarını ağardır. Tarixi 1900-cü ildən əvvələ gedib çıxan memarlıq abidəsinin fasadı artıq korlanıb.

Yüzdən çox insanın yaşadığı tarixi tikilinin bu şəkildə “bərpası” sakinlərdə də narahatlıq yaradır. Onların virtualaz.org-a bildirdiyinə görə, yonulan daşlardan çıxan qırıntılar binaya ciddi xələl gətirərək görkəmini deformasiyaya uğradır.


Sakinlər təmir işlərinin təkcə binanın fasadında deyil, içəri tərəfində də aparıldığını dedilər. Amma əraziyə baş çəkən zaman orada iş icraçıları və ya fəhlələrlə qarşılaşmadıq.

Sakinlərlə söhbət zamanı aydın oldu ki, təmir əsasən günün səhər saatlarında aparılır. Onların köməyi ilə günün ikinci yarısında 3-cü mərtəbədəki evlərdən birində işləyən fəhlələrlə danışa bildik. Fəhlələr təmirin BŞİH tərəfindən həyata keçirildiyini, binanın görkəminə xələl gətirilmədiyini bildirdilər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yaninda Mədəni irsin qorunmasi, inkişafi və bərpasi üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən, həqiqətən də, binanın yerli əhəmiyyətli abidə olduğunu təsdiqlədilər. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fariz Hüseynov bildirdi ki, sözügedən binada yalnız təmir işləri aparılır və bu da abidəyə xələl gətirmir.



“Rəşid Behbudov küçəsində bir neçə tarixi bina var və bunlar yerli əhəmiyyətli tikililərdir. Hazırda həmin binada abadlıq, təmir işləri aparılır. Abidənin sökülməsi və ya fasadının dəyişdirilməsindən söhbət getmir. Binaya bizim tərəfimizdən nəzarət olunur”.

Xatırladaq ki, son illər şəhərin tarixi binalarının bir çoxu sökülüb, bir çoxunun isə görkəmi dəyişdirilib. Şəhərin Yasamal, Nərimanov və Nəsimi rayonlarında tarixi binaların sökülməsi və yerində “pilot layihə” çərçivəsində yeni çoxmərtəbəli binaların tikintisi dəfələrlə qalmaqallara səbəb olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 800 26.05.18 14:40