Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:52 ABŞ Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarına aydınlıq gətirib  |     11:47 Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR  |     11:43 Şavkat Mirziyoyev: "Azərbaycan və Özbəkistan FIFA-ya birgə müraciət edəcəklər"  |     11:29 Sabiq sədr müavini vəfat etdi  |     11:17 Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib  |     23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |    

Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – VIDEO

Xəzərdə itkin düşən idmançıların ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

Meyitləri tapılan şəxslər 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirli aprelin 18-də dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Ancaq bir daha geri qayıtmayıblar.

Ailələrinin verdiyi informasiyadan sonra itkin düşən idmançıların axtarışına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən axtarışlar aparılıb. 23 apreldən isə FHN Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri də əməliyyatlara cəlb olunub.

Axtarışların aparıldığını dəfələrlə bəyan etsələr də nəticə verməyib. Ancaq Xəzərdə itkin düşən idmançıların cansız bədənləri rezin qayıqda “Neft Daşları” yaxınlığında taplıb. Əslində buna tapılmaq da yox, qayıq öz ayağı ilə gəlib deyilsə, daha yaxşı olar.

Yaxınlarından əldə etdiyimiz informasiyaya görə, onlar özlərini qayığa bağlayıblar ki, külək zamanı suya düşüb boğulmasınlar. Tapılanda da idmançıların meyiti qayığın içində olub. İlkin versiyaya görə idmançılar acından və susuzluqdan ölüblər.

Hazırda Sumqayıt şəhərində idmançıların meyitləri ailələrinə təhvil verilib və onları dəfn etməyə aparıblar.

Burada belə bir sual ortaya çıxır ki, əgər idmançılar daim suyun üzündə olublarsa, axtarış edən qurumlar niyə onları bu günə qədər tapmayıblar? Daim suyun üzündə olan qayıqlar necə olub ki, görünməyib? Məntiqə əsasən, ya axtarış lazımi qaydada aparılmayıb, ya da mətbuat üzərindən “axtarışlar davam edir” kimi xəbərlər verərək “aparılıb”.

Yeri gəlmişkən, ekstremal idman növləri ilə məşğul olan Nüsrət Nəzərzadə Tufandağda itkin düşən alpinistlərlə dost olub. Dostların meyitlərinin tapılmasında da oxşarlıq var. Alpinistlərin meyitləri havalar isinib qar əriyəndən sonra, Xəzərdə itkin düşənlərin meyitləri də, rezin qayığın “Neft Daşları” yaxınlığına gəlməsindən sonra aşkarlanıb.//yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 948 25.05.18 17:07