Mojo.az Banner
12:05 Bakıdakı xəstəxanada biraylıq KÖRPƏ ÖLDÜ  |     12:03 Metronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR  |     11:58 Füzulidə 85 yaşlı kişi faciəli şəkildə öldü  |     11:51 Bakının mərkəzi küçələrindən biri BAĞLANIR - FOTO  |     11:46 Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də VƏZİFƏ VERİLDİ  |     11:25 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     11:19 Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək  |     23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |    
Left Banner
Right Banner

“Valideynlərim evləndirdilər ki, bəlkə başım uşaqlara qarışar”

21.05.2018 18:35 3 861
“Valideynlərim evləndirdilər ki, bəlkə başım uşaqlara qarışar”
..."SPİD” bilirsən nədir, əlin-ayağın hər yerdən üzülür, tutmağa bir saman çöpü axtarırsan. Başa düşürsən ki, yolun üzüaşağıdır…”

Bu gün - mayın 20-də QİÇS-dən vəfat edənlərin ümumdünya anım günü qeyd olunur. Azərbaycanda hazırda 2103 nəfər xəstəliyin QİÇS mərhələsindədir, əksəriyyət inyeksion narkotik istifadəçisidir. 36 yaşlı Nəsimi Məmmədov və Alim Əliyev (adları şərti verilib – red.) narkotik istifadəçiləridir, QİÇS-ə də ümumi istifadə edilən şprisdən yoluxublar.

Virtualaz.org-un əməkdaşları ümumdünya anım günündə onlarla Respublika QİÇS-lə Mübarizə Mərkəzində, müalicə olunduqları palatada görüşüblər. Hər ikisinin taleyi oxşardır, narkotik alverçisi kimi həbs olunublar, QİÇS-ə yoluxandan sonra ailələrindən ayrılıblar. Nəsimi deyir ki, həbsxanada olarkən məcburi həkim müayinəsindən keçirilib. Ona QİÇS-ə yoluxduğunu söyləyəndən sonra həyatı sönüb: "16 yaşından narkotikə qurşandım, əvvəl işləyirdim - dərmanı, iynəni ala bilirdim. Sonra valideynlərim evləndirdilər, dedilər bəlkə başım uşaqlara qarışar, narkotikdən əl çəkərəm. Amma özümlə bacara bilmədim”.

Nəsimi etiraf edir ki, pul tapmayanda qohum-qardaşdan borc alıb. Borc verilməyəndə evdəki əşyaları satıb. "İnsanın əhatəsində yaxşı adamlar olmalıdır, mənim dostlarım da narkomanlardır. İstəsəm də, bu yoldan dönə bilmədim”, -söyləyir Nəsimi. Pul tapa bilmədiyindən özü də narkotik satışı ilə məşğul olub, həbs edilib. İndi QİÇS-in 3-cü mərhələsindədir. Deyir ki, hələ xəstəliyin 4-cü mərhələsi var: "Kim ölmək istəyər? Xəstəliyi bilməyənə qədər ölüm haqqında düşünmürdüm. İndi yaxşı yemək, yaxşı yaşamaq istəyirəm. Amma ailəmə də yaxın getmərəm, qoy heç kim deməsin ki, yəqin yoldaşı, uşaqları da xəstədir. Həm yoldaşım, həm uşaqlar müayinədən keçib, heç birində xəstəlik aşkarlanmayıb”.

Alim də narkotik istifadəçisidir. Deyir ki, narkotik satışı üstündə həbs olunub. Amma uzun illər bu işlə məşğul olmayıb, cəmi bir-iki dəfə "mal” satıb, onda da "ilişib”: "Biz xəstəliyin 3-cü mərhələsində öyrənmişik. Əvvəlcədən bilsəydik, daha yaxşı müalicə olunardıq. Narkotik elə bir şeydir ki, ölümə getdiyini dərk etmirsən. Yüz dəfə özünə söz verirsən, amma nə olsun? Evdə yaxınlarının, cəmiyyətin gözündən düşürsən. amma bir an gəlir ki, hər şeyi, hətta övladlarını unudursan”.

Alim onu da söyləyir ki, virusa yoluxandan sonra qızdırması olub, qarnı ağrıyıb. Bəzən yerindən qalxıb oturmağa taqəti olmayıb. QİÇS virusunun əlamətlərini bilmədiyindən müayinəyə gəlməyib. "Həbsxanaya düşməsəydim, heç bilməzdim ki, xəstəyəm. Həbsxanada öyrəndim, bizi müalicəyə göndərdilər. Evdəkilərə dedim ki, məndən uzaq gəzin”, - deyir Alim. Amma gözü telefondadır. Nəsimi söhbətə qarışır, deyir ki, etiraf etməsək də, uşaqlar üçün darıxırıq. Bircə dəfə zəng vursunlar, səslərini eşidə bilək...скачать dle 11.3
Mojo.az Banner