Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşludur, qısa sarı saçı var. Evdən çıxarkən əynində göy cins şalvar, qara gödəkçə və göy rəngli idman ayaqqabısı olub.