Xanımların diqqətinə! Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Xanımların diqqətinə! Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTOLAR

Son zamanlar internetin verdiyi imkanlardan müxtəlif fırıldaqçılıq əməlləri üçün istifadə edənlərin sayı artmaqda davam edir.

İndi də bəzi şəxslər xanımlara ginekoloji məsləhət verdiklərini və ya masaj xidməti təklif etdiklərini iddia edərək xanımları aldatmağa başlayıblar. Belə ki, "İnstagram” sosial şəbəkəsində ginekoloq adı ilə qeydiyyatdan keçən bəzi şəxslər istənilən məsləhət üçün onlarla əlaqə saxlamağın mümkün olduğunu yazırlar.

Median.Az Minval.İnfo-ya istinadən xəbər verir ki, belə şəxslər hətta məxfiliyin qorunacağına da söz verirlər. Bu profillərdə əsasən, internetdən götürülmüş bir neçə şəkil paylaşılır, həkimin kimliyi, çalışdığı tibb müəssisəsinin adı qeyd edilmir, hətta bir profildə "həkim” özünün yaşını, subay olduğunu da qeyd edib.

İlk başda müayinənin artıq sosial şəbəkədən istifadə edilməklə həyata keçirilməsinin mümkünlüyü insanda şübhə doğurur. Ancaq bir az araşdıranda bu cür profillərin saxta olduğunu və qadınları müayinə adı ilə aldadaraq şəkillər istədikləri bəlli olur.


 

Xanımlar məsləhət istədikləri bu saxta ginekoloqlara genital bölgələrinin şəklini göndərirlər. Beləliklə bəzi xanımların sadəlövlüyü və ya az savadlı olması onları bu cür manyak insanların qurbanına çevirir. Cinsi aclığını bu cür doydurmaq məqsədi güdənlər daha dəqiq "müayinə” üçün qadınlardan aldıqları şəkilləri öz məqsədləri üçün istifadə edirlər. Heç kəsin şübhəsi yoxdur ki, bəlkə bir azdan həmin qadınları bu şəkil vasitəsilə şantaj da edəcəklər.


 
Qadınları aldadaraq onları öz iyrənc əməllərinə alət etmək istəyən manyakların digər əl atdığı üsul isə masaj xidmətidir. Müxtəlif elan saytlarına "yalnız xanımlara öz evlərində, rahatladıcı masaj xidməti” məzmunlu elanlar dərc edirlər. Xanımlar masaj üçün əlaqə saxladıqda isə onun evli olub-olmadığı, masaj vaxtı evdə başqalarının olub-olmayacağı soruşulur. Elə bu yaxınlarda "Space” telekanalında bir aktrisa köməkliyi ilə bu cür fırıldaqçılardan biri ifşa olunmuşdu. Əvvəlcə qanına qeyri-peşəkar masaj etdikdən sonra, dayanmadan onla əlaqə saxlayan şəxs ona intim təkliflər edirdi.


 
Əlaqə saxladığımız digər bir masaj xidməti təklif edən fırıldaqçı isə sonda ifşa edildiyini anladıqdan sonra ünvanımıza təhqirlər yağdırmağa və "evli qadın masaj elətdirmək istəyirsə, deməli pozğundur” kimi fikirlər səsləndirməyə başladı. Öz pasiyentlərinə pozğun kimi yanaşan şəxslər də manyakdan başqa bir şey deyillər.

Görünür cinsi aclıq çəkənlər internetdən tam "səmərəli” istifadə etməyi bacarırlar. Bu cür şəxslərin əməllərinə alət olmamaq, onların qurbanına çevrilməmək üçün hər kəs gördüyü elanı daha diqqətli nəzərdən keçirməlidir. Ginekoloq müayinəsi üçün isə, xəstəxanalarda çalışan ixtisaslı həkimlərə müraciət etmək məsləhət edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            42 633 06.04.18 16:11