Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:42 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 21:37 Təzyiqi dərmansız azaltmağa kömək edən sadə məşq - Kardioloqdan tövsiyə | 21:30 Alimlər ürəyin xərçəngə qarşı gizli müdafiə mexanizmini aşkar etdi | 21:27 SEPAH komandiri olan ruhani GÜLLƏLƏNDİ | 21:17 Sabiq vəzifəli şəxs vəfat etdi | 21:08 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? | 21:02 Əfqanıstanda məktəbdə partlayış: 7 şagird öldü, 97 nəfər yaralandı | 20:59 Dekabrın sonu bu bürclərə düşərli olacaq | 20:40 Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi | 20:31 Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi? | 20:25 DİN əməliyyat keçirdi: saxlanılanlar var | 20:24 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" | 19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda torpağa basdırılmış odlu silah tapıldı – FOTO

23.01.2018 13:06 2 676
Bakıda torpağa basdırılmış odlu silah tapıldı – FOTO
Bakıda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş odlu silah aşkarlanıb.

Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb.

Fakt üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.


Son xəbərlər