Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Axtarışda olan şəxs Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb

11.02.2019 22:48 2 727
Axtarışda olan şəxs Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu qurumun və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxananın qarşısında saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd bıçaq aşkarlanıb.

E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.//Azərtac

Son xəbərlər