Cocuq Mərcanlıya gediş-gəliş asanlaşdı – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |     19:54 Nizami rayonunda 38 yaşlı qadını avtomobil vurub  |     19:46 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı  |     19:38 Azərbaycanda bir ildə ailə-məişət davalarında öldürülən qadınların sayı AÇIQLANDI - FOTO  |     19:19 Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib  |     18:55 Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən "kupça" veriləcək  |     18:53 Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA  |     18:44 Toni Kroos “Real Madrid”dən ayrıla bilər  |     18:18 "Qaqarin” körpüsü sökülür? - VİDEO  |     18:15 Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA  |     18:13 Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO  |    

Cocuq Mərcanlıya gediş-gəliş asanlaşdı – VİDEO

Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik (113-177) hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Median.Az
xəbər verir ki, təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib.

Layihəyə uyğun olaraq yol boyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 ədəd avtobus dayanacağı quraşdırılıb.

Hərəkətin normal təşkili üçün yol boyu 2710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür.

Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşınması asanlaşıb./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 577 12.01.18 11:55