Əjdər Zeynalov teatra qayıdır: Direktorun saxtakarlığı sübut olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Əjdər Zeynalov teatra qayıdır: Direktorun saxtakarlığı sübut olundu

Binəqədi Rayon Məhkəməsi İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb.

Bu barədə oxu.az-a aktyor özü məlumat verib. O bildirib ki, hakim qarşı tərəfin iddialarını qəbul etməyərək, onun xeyrinə qərar çıxarıb:

“İftixar Piriyev məni qeyri-qanuni şəkildə, qondarma ittihamlarla işdən çıxarmışdı. Guya ki, 30 dəqiqə olmaqla iki dəfə işə gecikmişəm. Mənim əleyhimə saxta sənədlər düzəltmişdi. Vəkilim Adəm Orucov sənədlərin saxta olduğunu sübut etdi”.

Ə. Zeynalov bildirib ki, hələlik işə başlamayıb:

“Direktor bərpamı təmin etməli və mənə nə vaxt işə çıxacağım barədə xəbər göndərməlidir. Ya da yüksək instansiyalı məhkəməyə müraciət etməlidir. Gözləyirəm”.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyor Ə.Zeynalovun teatrın daxili qayda-qanunlarını və nizam-intizamını pozduğunu əsas gətirərək işdən azad etmişdi. Aktyor Əjdər Zeynalov isə bunula bağlı məhkəməyə müraciət etmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 502 05.01.18 17:34