Konqoda üsyançılar şəhəri ələ keçiriblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Konqoda üsyançılar şəhəri ələ keçiriblər

Ruanda ordusunun dəstəklədiyi "23 Mart Hərəkatı"nın (M23) üsyançıları Cənubi Kivu əyalətinin paytaxtı Bukavu şəhərinin strateji əhəmiyyətli hava limanına yaxınlaşaraq Konqo Demokratik Respublikasının şərqindəki Nyabibve şəhərini ələ keçiriblər.

Bu barədə "Actualite" portalı məlumat yayıb.

Bölgədə fəaliyyət göstərən humanitar təşkilatlardan birinin məlumatına görə, Nyabibve şəhəri "M23"ün bölmələri ilə Konqo hökumət qoşunları arasında şiddətli döyüşlərdən sonra süqut edib.

"Hər şey üsyançıların hücumu davam etdirmək niyyətində olduqlarını göstərir", - "Actualite" vurğulayıb.

Nyabibveyə hücum səhər tezdən başlayıb və günortaya yaxın üsyançılar şəhərin mərkəzinə daxil olublar. Qruplaşmanın bir gün əvvəl elan etdiyi atəşkəsə baxmayaraq, döyüşlər davam edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            735 06.02.25 11:42