Azərbaycandakı mobil operatorlar 10 ayda 858 milyon manat gəlir əldə edib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı mobil operatorlar 857,5 milyon manat gəlir əldə edib
Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, 10 ay ərzində rabitə və informasiya müəssisələri 2 199,6 milyon manatlıq xidmət göstərib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur.