Mojo.az Banner
17:16 Azərbaycanda LEYSAN VƏ SEL gözlənilir - XƏBƏRDARLIQ  |     17:06 "Qarabağ" - "Vestri" oyununun biletləri satışda  |     16:59 Ağdamda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı  |     16:31 Hərbi hissənin sabiq maliyyə işçisinə dələduzluğa görə HÖKM OXUNDU: Üç ay sonra azadlığa çıxacaq  |     15:22 Bakıda əvvəllər də adam öldürdüyünə görə həbsdə olan şəxs yenidən qətl törətdi  |     15:03 Vitrinlər boş, qapılar bağlı... - "20 Yanvar"da keçiddəki obyektlərin aqibəti necə olacaq? - Video  |     15:00 Pakistanda sərnişin avtobusu dərəyə düşdü: 40 nəfər öldü  |     14:59 Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib  |     14:28 Bakıda qanunsuz torpaq satan 11 nəfərin işi məhkəməyə göndərildi  |     14:04 Gürcüstanda "Qırmızı Körpü" gömrük məntəqəsinin növbə rəisi həbs edildi  |     14:02 Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü  |     13:15 Qızılın qiyməti 4200 dolları ötdü  |     12:59 "Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA  |     12:27 Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - Video  |     12:24 Leyla Əliyevanın doğum günüdür  |     12:17 Keçmiş şirkət rəhbəri Vüqar Əliyev həbs edildi - FOTO  |     11:49 İyunun qəribə havasının sirri açıldı: Təbiət, yoxsa insan?  |     11:44 İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?  |     11:24 İndoneziyada yenə güclü zəlzələ oldu  |     11:18 Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ  |    
Left Banner
Right Banner

Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış

23.12.2024 11:37 1 761
Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
Bir neçə gün öncə Bakıda evində meyiti tapılan "Aze Bilişim Finance” MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun ölümü ilə bağlı maraqlı iddialar səsləndirilib.

Median.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı onun hüquqlarını müdafiə edən Rəhim Xoyski feysbuk hesabında paylaşım edib.
Hüquqşunas onun ölümündən bir gün sonra xəbər tutduğunu bildirib:

"Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. Ayın 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evin sahibi və polislər vasitəsilə mənzilə daxil olduqda Ali Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım”.

R.Xoyski bildirib ki, evə polislər və prokurorluq əməkdaşları ilə baxış keçirərkən, şprisdə olan dərmanın ampulasını tapa bilməyiblər:

"Sistemə aid dərman və digər vasitələr də evdə nə zibil yeşiyində (sadəcə tualetin zibil yeşiyində bir flakon dərman vasitəsi tapıldı), nə də mərhumun yanında tapıldı. İki vurulmuş şpris var idi, biri stolun üzərində qalmışdı, digəri isə qolunda. Qolundakı şprislə bağlı bildirim ki, onun hər hansısa narkotik vasitə olmadığı istintaq tərəfindən artıq anlaşılıb. Nə olduğu, hələ ekspertiza tərəfindən araşdırılır. Hazırda ölüm faktıyla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir, istintaqın gedişatıyla bağlı ona təsir etməmək üçün daha detallı məlumatlar verə bilməyəcəm”. 

R.Xoyski bildirib ki, Ali Akşunun özü yox, şirkəti barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi, Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs idi. Şirkətin sənədləriylə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdı.

Qeyd edilir ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan "Aze Bilişim Finance” MMC-nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladılıb. 
Onu da əlavə edək ki, mərhumun cənazəsi artıq vətəni Türkiyəyə göndərilib.скачать dle 11.3
Mojo.az Banner