İyunun qəribə havasının sirri açıldı: Təbiət, yoxsa insan?
İyun ayının son günlərində müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, yağış və temperaturun normadan aşağı olması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çox vətəndaşlar yay mövsümünün ortasında havanın bu qədər sərin keçməsini qeyri-adi hesab edir. Sosial şəbəkələrdə isə bu hava şəraitinin müxtəlif səbəblərlə, o cümlədən süni buludların yaradılması və hava proseslərinə insan müdaxiləsi ilə əlaqəli olması barədə iddialar səsləndirilir.
Eyni zamanda qeyd olunur ki, buna bənzər sərin və küləkli iyun ayı Azərbaycanda sonuncu dəfə 1996-cı ildə müşahidə olunub.
Mövcud meteoroloji vəziyyət və qarşıdakı dövrün hava proqnozu ilə bağlı oxucularımızı düzgün məlumatlandırmaq məqsədilə Median.Az-ın aşağıdakı suallarına münasibətinizi öyrənmək istərdik:
İyun ayının son günlərində müşahidə olunan küləkli, yağışlı və sərin hava şəraiti nə ilə əlaqədardır?
Bu cür hava şəraiti iqlim dəyişikliklərinin təsiri hesab oluna bilərmi, yoxsa təbii atmosfer prosesidir?
Sosial şəbəkələrdə səsləndirilən "süni buludlar" və ya hava proseslərinə insan müdaxiləsi ilə bağlı iddiaların hər hansı elmi əsası varmı?
İyul ayı üzrə ilkin proqnozlar nə göstərir? Temperaturun normaya qayıtması və ya yeni yağıntılı günlərin olması gözlənilirmi?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran ekoloq Sevil Yüzbaşova bildirib:
"Hava şəraiti ilə bağlı yəni, son günlərdə müşahidə olunan qeyri-sabit, yağışlı, küləkli və sərinlə bağlı Milli Hidrometralogiya xidmətinin proqnozları var. Bu proqnozlarda deyilir ki, iyun ayının son günlərində müşahidə olunan qeyri-sabit, yağışlı, küləkli və sərin hava şəraiti əsasən şimal və şimal-qərb istiqamətlərindən daxil olan soyuq hava kütlələrinin ölkə ərazisinə təsiri ilə əlaqədardır".
Ekoloq əlavə edib ki, iqlim dəyişiklikləri və atmosfer dövranının yaratdığı bu proses nəticəsində isti hava kütlələri sərin və rütubətli hava axını ilə əvəz olunur, bu da şimşək, leysan yağışları və arabir güclənən küləklərlə müşayiət olunur. Bunun təsirinin nəticəsi olaraq da leysan xarakterli intensiv yağışlar, şimşək çaxması, dağ çaylarında qısamüddətli sel ehtimalı və şimal-qərb küləyinin arabir güclənməsinə səbəb olur.
Sevil Yüzbaşovanın sözlərinə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən son günlərdə müşahidə olunan qeyri-sabit, yağışlı, küləkli və sərin Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin olacağı da ehtimal olunur.
Bu cür hava şəraiti həm təbii atmosfer prosesidir, həm də iqlim dəyişikliyinin birbaşa təsiri hesab olunur. Təbii olaraq iyun ayının sonunda fəsillərin keçidi və soyuq hava cəbhələrinin daxil olması normaldır. Lakin iqlim dəyişikliyi bu təbii proseslərin gedişatını, gücünü və tezliyini ciddi şəkildə dəyişir.
Mütəxəssis qeyd edib ki, qlobal istiləşmə atmosferdəki enerji balansını pozur. Nəticədə adi keçici yağışlar qəfil və dağıdıcı leysanlara, normal küləklər isə kəskin tufanlara çevrilir. İqlim dəyişdikcə və havanın temperaturu artdıqca, atmosfer daha çox su buxarı saxlayır. Bu səbəbdən soyuq hava kütləsi ilə qarşılaşma baş verdikdə yağıntılar daha intensiv və normadan artıq olur. İsti günlərin ardınca temperaturun kəskin şəkildə enməsi və yay aylarında qeyri-sabit, sərin havanın uzun müddət davam etməsi iqlim qeyri-sabitliyinin birbaşa göstəricisidir.
"Regionumuz qlobal istiləşmənin fəsadları qarşısında ən həssas bölgələrdən biri hesab olunur. Qlobal iqlim dəyişiklikləri Azərbaycanın kənd təsərrüfatına və uzunmüddətli iqlim dinamikasına ciddi təsir göstərir. Azərbaycanda kənd təsərrüfatı birbaşa hava şəraitindən asılı olduğu üçün bu dəyişikliklərdən ən çox zərər çəkən sahədir. Ölkəmizdə bitkiçilik məhsullarının 80%-dən çoxu suvarılan torpaqlarda yetişdirilir. İqlim dəyişikliyi su resurslarını azaltdığı üçün xüsusilə Aran və Cənub zonalarında suvarma böyük problemə çevrilir. Temperaturun normadan yüksək olması məhsuldarlığı aşağı salır. Belə ki, bitkilərin vegetasiya (inkişaf) dövrünü sürətləndirsə də, dənli və texniki bitkilərin keyfiyyətini və ümumi kütləsini azaldır. Yay aylarında qəfil düşən güclü dolu, kəskin leysanlar və ya anomal quraqlıq dalğaları əkin sahələrini tamamilə məhv edə bilir. Qışın mülayim və isti keçməsi torpaqdakı zərərvericilərin təbii şəkildə məhv olmasının qarşısını alır, bu da növbəti mövsümdə xəstəliklərin kütləvi yayılmasına yol açır".
Ekoloq açıqlamasında vurğulayıb:
"Beynəlxalq ekspertlərin və Milli Hidrometeorologiya Xidmətinin təhlillərinə əsasən, Son 100 ildə Azərbaycanda orta illik temperatur 0,4°C ilə 1,3°C arasında artıb. Bu artım tempinin XXI əsrin ortalarına qədər daha da sürətlənəcəyi gözlənilir. Məlumatlara görə Ümumi yağıntıların miqdarının azalması fonunda, onların düşmə xarakteri dəyişəcək. Yağışlar uzunmüddətli və mülayim deyil, qısamüddətli amma dağıdıcı leysanlar şəklində olacaq.
İqlim dəyişikliyi və buxarlanmanın artması səbəbindən Xəzər dənizinin daralması və səviyyəsinin enməsi sahilyanı ekosistemə mənfi təsir edəcək. Xüsusilə Kür-Araz ovalığı və Abşeron yarımadasında quraqlıq dövrlərinin uzanması torpaqların şoranlaşmasına və səhralaşmasına da gətirib çıxara bilər".
Sosial şəbəkələrdə səsləndirilən "süni buludlar" və ya hava proseslərinə insan müdaxiləsi ilə bağlı iddiaları da cavablandıran ekoloq qeyd edib:
"Mən elmi əsası olmayan fərziyələrə inanmıram. Sosial şəbəkələrdə geniş yayılan "süni buludlar" vasitəsilə daşqınlar törədilməsi, fırtınaların idarə edilməsi və ya qlobal iqlimin gizli şəkildə dəyişdirilməsi ilə bağlı iddiaların heç bir elmi əsası yoxdur. İnsanların atmosfer proseslərinə müdaxilə imkanları elmdə mövcuddur, lakin bu müdaxilələr tamamilə fərqli məqsədlərə xidmət edir və miqyası çox məhduddur. Yadıma gəlir ki, sovet dönəmində məhsuldarlığı qorumaq üçün qrad atıb buludları dağıdırdılar. Bəzi yerlərdə hündürlüklərdə qrad qurğuları var idi.
Təbii fırtınalar, qasırğalar və ya nəhəng sel hadisələri planetar miqyasda nəhəng enerji dövriyyəsinin nəticəsidir. İnsanların ixtiyarında olan heç bir texnologiya bu qədər böyük enerjini yaratmaq, idarə etmək və ya istiqamətləndirmək gücünə malik deyil. İnsan hər zaman təbiətin gücü qarşısında aciz olub".
Mütəxəssis sonda bildirib:
"Alimlər qeyd edirlər ki, son illərdə dünyada müşahidə olunan anomal istilər, qəfil leysanlar və şiddətli daşqınlar insan müdaxiləsi ilə idarə olunan "silahlar" deyil, qlobal iqlim dəyişikliyinin təsirləridir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatlarına əsasən, bu ilin iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntı miqdarının isə əksər bölgələrdə iqlim normasına yaxın, bəzi dağlıq ərazilərdə isə normadan bir qədər çox olacağı proqnozlaşdırılır. Proqnozlara görə ayın ilk günlərində ölkənin bir sıra dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış, şimşək və dolu ehtimalı olsa da, ümumilikdə iyul ayı ərzində sabit, quru və yay mövsümünə uyğun isti hava şəraiti üstünlük təşkil edəcək. Yağıntıların əsasən qeyri-bərabər paylanacağı və lokal xarakter daşıyacağı gözlənildiyi barədə məlumatlar da var.
Rəsmi məlumatlara əsasən iyul ayında havanın temperaturunun iyun ayının bəzi anomal istilərindən sonra iqlim normasına qayıtması, eyni zamanda ay ərzində yeni yağıntılı günlərin olması da gözlənilir".
Dəniz Pənahova
Median.Az
Eyni zamanda qeyd olunur ki, buna bənzər sərin və küləkli iyun ayı Azərbaycanda sonuncu dəfə 1996-cı ildə müşahidə olunub.
Mövcud meteoroloji vəziyyət və qarşıdakı dövrün hava proqnozu ilə bağlı oxucularımızı düzgün məlumatlandırmaq məqsədilə Median.Az-ın aşağıdakı suallarına münasibətinizi öyrənmək istərdik:
İyun ayının son günlərində müşahidə olunan küləkli, yağışlı və sərin hava şəraiti nə ilə əlaqədardır?
Bu cür hava şəraiti iqlim dəyişikliklərinin təsiri hesab oluna bilərmi, yoxsa təbii atmosfer prosesidir?
Sosial şəbəkələrdə səsləndirilən "süni buludlar" və ya hava proseslərinə insan müdaxiləsi ilə bağlı iddiaların hər hansı elmi əsası varmı?
İyul ayı üzrə ilkin proqnozlar nə göstərir? Temperaturun normaya qayıtması və ya yeni yağıntılı günlərin olması gözlənilirmi?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran ekoloq Sevil Yüzbaşova bildirib:
"Hava şəraiti ilə bağlı yəni, son günlərdə müşahidə olunan qeyri-sabit, yağışlı, küləkli və sərinlə bağlı Milli Hidrometralogiya xidmətinin proqnozları var. Bu proqnozlarda deyilir ki, iyun ayının son günlərində müşahidə olunan qeyri-sabit, yağışlı, küləkli və sərin hava şəraiti əsasən şimal və şimal-qərb istiqamətlərindən daxil olan soyuq hava kütlələrinin ölkə ərazisinə təsiri ilə əlaqədardır". Ekoloq əlavə edib ki, iqlim dəyişiklikləri və atmosfer dövranının yaratdığı bu proses nəticəsində isti hava kütlələri sərin və rütubətli hava axını ilə əvəz olunur, bu da şimşək, leysan yağışları və arabir güclənən küləklərlə müşayiət olunur. Bunun təsirinin nəticəsi olaraq da leysan xarakterli intensiv yağışlar, şimşək çaxması, dağ çaylarında qısamüddətli sel ehtimalı və şimal-qərb küləyinin arabir güclənməsinə səbəb olur.