Mojo.az — elanlar
Son Xəbərlər
22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistanda sərnişin avtobusu dərəyə düşdü: 40 nəfər öldü

03.07.2026 15:00 726
Pakistanda sərnişin avtobusu dərəyə düşdü: 40 nəfər öldü
Pakistanın cənub-qərb bölgəsində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 40 nəfər həlak olub, daha 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Dawn" nəşri xəbər yayıb.

Yerli polisin məlumatına əsasən, bədbəxt hadisə Bəlucistan və Xayber-Paxtunxva əyalətlərinin sərhədi yaxınlığındakı Dxana Sar dağlıq ərazisində qeydə alınıb. Xəsarət alan şəxslər xəstəxanalara yerləşdiriliblər.

"Daily Pakistan" qəzetinin yazdığına görə, xilasetmə qrupları yaralıların təxliyəsi və onlara lazımi tibbi yardımın göstərilməsi istiqamətində əməliyyatları davam etdirir, lakin ərazinin çətin relyefi işləri yubadır.

"Dawn" nəşrinə polisdən verilən məlumata görə, içərisində 36 sərnişin olan avtobus Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərindən Xayber-Paxtunxva əyalətinin inzibati mərkəzi sayılan Pəşavərə doğru hərəkət edirmiş. Yolüstü nəqliyyat vasitəsinə xarab olmuş digər avtobusun sərnişinləri də minib. İki əyalətin sərhədini keçdikdən dərhal sonra nəqliyyat vasitəsi dərəyə düşüb.

Son xəbərlər