Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb

19.08.2025 20:58 1 086
Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb
Pakistanın Xayber-Paxtunxva bölgəsində son üç gün ərzində yağan güclü yağışlar və daşqınlar nəticəsində 358 nəfər həlak olub.

Bu barədə Xayber-Paxtunxva əyalətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Avqustun 15-də başlayan güclü yağışlar əyalətə böyük ziyan vurub. Ötən həftə yerli hökumət fövqəladə vəziyyət elan edib.

"Proqnozlara görə, yağışlar avqustun 21-dək davam edəcək", - idarənin rəsmi nümayəndəsi Ənvər Şahzad bildirib.

Son xəbərlər