Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?

03.07.2026 11:44 1 044
İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?
Yay mövsümünün gəlişi ilə bazar və marketlərdə qarpız satışına xeyli əvvəl başlanılıb. Halbuki, ənənəvi olaraq qarpızın təbii yetişmə dövrü iyulun sonu və avqust ayı hesab olunur. Erkən satışa çıxarılan qarpızların süni yetişdirilməsi, nitrat və digər kimyəvi maddələrin normadan artıq istifadə olunması ilə bağlı cəmiyyətdə müxtəlif narahatlıqlar səslənir.

Bəs iyun ayından satışa çıxarılan qarpızlar sağlamlıq üçün risk yaradırmı? Erkən yetişən qarpızı necə seçmək olar və istehlakçılar nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran qida üzrə mütəxəssis-ekspert Fərid Səfərov bildirib:
"Yay mövsümündə qarpızın bazarlara erkən çıxması hər zaman onun təhlükəli olduğu anlamına gəlmir. Bu gün istixana şəraitində yetişdirilən və ya daha isti iqlimdən gətirilən erkən sort qarpızlar da satışa çıxarıla bilər. Yəni satış tarixinə əsasən məhsulun təhlükəli olduğunu demək düzgün deyil".

Əsas narahatlığın nitratlarla bağlı olduğunu vurğulayan F. Səfərov əlavə edib:

"Nitratlar kənd təsərrüfatında istifadə olunan gübrələrin tərkibində təbii olaraq olur və normaya uyğun tətbiq edildikdə sağlamlıq üçün ciddi problem yaratmır. Risk o zaman yaranır ki, məhsulun daha tez böyüməsi məqsədilə gübrələr normadan artıq istifadə olunsun və ya məhsul kifayət qədər yetişmədən yığılsın. Buna görə də qarpızı etibarlı satış məntəqələrindən almaq daha məqsədəuyğundur".

Mütəxəssis qeyd edib ki, istehlakçılar seçim zamanı bir neçə məqama diqqət etməlidirlər. Qarpızın qabığında dərin çatlar, çürük sahələr və zədələr olmamalıdır. Üzərindəki sarı ləkənin krem-sarı rəngdə olması onun torpaq üzərində təbii yetişdiyini göstərə bilər. Kəsilmiş halda açıq havada satılan qarpızlardan isə uzaq durmaq lazımdır. Çünki kəsildikdən sonra bakteriyalar sürətlə çoxala bilər və bu, qida zəhərlənməsi riskini artırır.

"Evdə qarpızı kəsdikdən sonra otaq temperaturunda uzun müddət saxlamaq düzgün deyil. Xüsusilə isti havalarda kəsilmiş qarpız soyuducuda saxlanmalı və mümkün qədər 1–2 gün ərzində istehlak edilməlidir", — deyə ekspert açıqlayıb.

Nəticə olaraq, Fərid Səfərov sonda deyib:

"Erkən satışa çıxarılan hər qarpızı təhlükəli hesab etmək doğru deyil. Əsas məsələ məhsulun mənşəyi, keyfiyyəti, satış və saxlanma şəraitidir. Etibarlı mənbədən alınan, xarici görünüşü normal olan və gigiyenik qaydalara uyğun saxlanılan qarpızı rahatlıqla istehlak etmək olar.

Sağlam qidalanaraq sağlam yaşayın!"

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner